SİYASƏT


Azər Həsrət: Urmiya gölünün qurudulması məsələsi beynəlxalq səviyyədə qaldırılmalıdır

Azər Həsrət: Urmiya gölünün qurudulması məsələsi beynəlxalq səviyyədə qaldırılmalıdır

Bakı, 30 noyabr, AZƏRTAC

“İran” adlanan coğrafiyadakı hərəkətlənmə fonunda qəlbi Cənubi Azərbaycanla döyünən ürəklər birləşməlidir. O ölkə var olduqca cənubdakı problemlər həllini tapmayacaq. Bunun hamısının səbəbkarı fars-molla rejimidir.

AZƏRTAC xəbər verir ki, bunu “Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirədə hüquq müdafiəçisi Azər Həsrət bildirib.

“Bundan sonra da İranda hakimiyyətə kim gəlsə, yenə də farslar azərbaycanlılardan üstün tutulacaq. Bu gün “İran” adlanan ölkədə türklər öldürülür. Bu səbəbdən heç kim qandan, üsyandan çəkinməməlidir. Bu gün heç kim bu mübarizənin üzərinə kölgə salmamalıdır. Hamımızın bir hədəfi olmalıdır”, - deyə o qeyd edib.

A.Həsrət deyib ki, Urmiya gölünün qurudulması ilə bağlı problemlər beynəlxalq səviyyədə qaldırılmalı və məsələnin həllinə çalışılmalıdır.

"Necə olur ki, 40 milyon azərbaycanlı üçün Azərbaycan dilində məktəb açılmır? “İran” adlanan ölkənin 60 faizi türklərdir. Bunun tək qurtuluş yolu mərkəzi Təbriz olmaqla Güney Azərbaycan Cümhuriyyətinin qurulmasıdır", - deyə hüquq müdafiəçisi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.