SİYASƏT
Azərbaycan COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini göndərib
Daşkənd, 16 iyul, АZƏRTAC
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə hökumət nümayəndə heyəti iyulun 16-da Daşkənddə keçiriləcək “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində nümayəndə heyəti ölkəmizdən Özbəkistana 50 min doza “AstraZanesa” vaksinini çatdırıb.
Vaksinlər hava limanında Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Vaksinin özbək tərəfinə təhvil verilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd