SİYASƏT


Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 5 iyun, Xəyalə Məmmədova, AZƏRTAC

İyunun 5-də Azərbaycan Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandum Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşündə imzalanıb.

Əli Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Vurğulanıb ki, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının həyata keçirdiyi layihələri dəstəkləyir və bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən baş direktor Frensis Qarri ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının reallaşdırdığı layihələrə göstərdiyi dəstəyi yüksək dəyərləndirib. Qonaq əməkdaşlığın bundan sonra da inkişafının əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.