ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) yaradılmasına həsr edilmiş tədbir keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rəhbərliyin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub. Rektor Ceyhun Məmmədov bildirib ki, institutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur. Rektor qeyd edib ki, qarşıda duran vacib vəzifələrdən biri tələbələri elmi fəaliyyətə istiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqdır. O, həmçinin qeyd edib ki, TEC-də potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin aşkarlanıb elmi fəaliyyətə cəlb olunmaları əsas məqsədlərdəndir.

C.Məmmədov bildirib ki, tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün onların professor-müəllim heyəti ilə qarşılıqlı əlaqələrini gücləndirmək lazımdır.

Tədbir çərçivəsində Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirakçılara TEC-in strukturu və fəaliyyəti barədə məlumat verib. TEC-in vəzifələri haqqında danışan A.Qafarov qeyd edib ki, cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl olaraq mənimsənilməsinə kömək göstərilməsi kimi məsələləri öhdəsinə götürür.

Tədbir iştirakçılarının səsverməsi ilə TEC-in sədri Nicat Etibaroğlu, müavinləri isə Emin Orucov və Elnarə Ağaoğlu seçilib.

Tədbirdə, həmçinin təşkilatın gələcək fəaliyyəti müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.