Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Robert DADLİ dedi:

-Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyə şadam. Azərbaycana yenidən xoş gəlmisiniz. Mənə məlumat verilib ki, siz gələn il vəzifənizi tərk edəcəyinizlə bağlı açıqlama vermisiniz. Bu imkandan istifadə edərək Azərbaycanda biznesin inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımı bildirmək istərdim. Biz sizinlə bir neçə dəfə birgə layihələrimiz barədə müzakirələr aparmışıq və bildiyimə görə, BP-nin prioritetləri siyahısında bu layihələr ən yüksək mövqedədir. Bilirsiniz ki, BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir. Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm. Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, - 90 faizi artıq tamamlanıb, - həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq.

Cənab prezident, bir daha sizə şəxsən verdiyiniz töhfələrə, tərəfdaşlığınıza görə minnətdarlığımı bildirmək istərdim. Sizə uğurlar arzulayıram və əziz qonağımız kimi gələcəkdə sizi daha çox görməyə ümid edirəm.

Robert DADLİ dedi:

-Təşəkkür edirəm, cənab Prezident. Bu, Azərbaycanın enerji tarixində çox mühüm hadisədir. Demək istəyirəm ki, onlardan biridir. Sizin uzaqgörən atanız və Siz bunun əsasını qoyarkən bir neçə ölkəni mürəkkəb regionda bir araya gətirdiniz. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi və irəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var. Fikrimcə, bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Təsəvvür etsək ki, Yer kürəsinin elə bir yeri yoxdur ki, misal üçün, Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya gedən boru kəmərinin ekvivalentini orada tapmaq olsun. Məncə, Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi. Bu illər ərzində bütün bu ən mürəkkəb ideyaların reallığa çevrilməyini görmək baxımından Sizinlə və Sizin komanda ilə - Rövnəq və Elşadla birgə işləmək şəxsən mənim üçün çox xoş oldu. Bu, möhtəşəmdir. BP-dəki insanların uzun illər boyunca əzmkarlığı çox diqqətəlayiqdir. Cənab Prezident, mən çox məmnunam - BP-də 40 illik fəaliyyətimdən, 10 ilə yaxın baş icraçı direktor olmağımdan və indi də estafeti rahat şəkildə Bernard Luniyə təhvil verməyimdən məmnunam. Bernard çox yaxşı işləyəcək və Azərbaycandakı işlərimizə eyni dərəcədə bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb

Çində fişəng fabrikindəki partlayışda ölənlərin sayı 37-yə çatıb

Azər Fərəcov: “Dərnəgül” dəmiryolu stansiyasında illik sərnişin sayının 500 minə qədər artırılması nəzərdə tutulur

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paytaxtda 15 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp gələn həftə Çinə səfərinin qüvvədə olduğunu açıqlayıb

Ağdama qayıdan keçmiş məcburi köçkün: Bu, çox böyük xoşbəxtlikdir

Keçmiş məcburi köçkün: Bu günləri görməyi çox arzulayırdım

ABŞ Prezidenti İranın nüvə silahına sahib olmamağa razılıq verdiyini deyib

Ağdam sakini: Azad edilən torpaqlara qayıtmaq böyük sevinc və qürur hissi yaradır

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ukrayna “Gripen” qırıcılarının alınması ilə bağlı İsveçlə danışıqlar aparır

Ərdoğan: Türkiyə enerji sektorunda Əlcəzairlə uzunmüddətli əməkdaşlığa hazırdır

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

Alimlər müəyyən ediblər ki, balıqlar gündüzlər insanlar kimi yatırlar

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

Məhkəmə Trampın qlobal 10 faiz tariflərini qanunsuz hesab edib

Tramp Hörmüz boğazında 3 ABŞ esminesinə hücuma reaksiya verib

İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib

ABŞ ordusu Hörmüz boğazı ərazisində İran hədəflərinə zərbələr endirib

Media: İranın cənubunda partlayışlar baş verib

UEFA Avropa Liqasının finalçıları müəyyənləşib

UEFA Konfrans Liqasının finalçıları məlum olub

İran müharibə bitərsə, Hörmüzdə naviqasiya azadlığını təmin etməyə hazır olduğunu bildirib

Tramp: Aİ ticarət sazişini 4 iyul tarixinə qədər təsdiqləməsə, daha böyük tariflə üzləşəcək

İzmir–Bakı qardaşlığının 40 illiyi qeyd olunub

Minifutbol turnirinin bürünc medalçısı: Çempionluğa layiq olduğumuzu düşünürəm

Fidan Rzayeva: Muzeylərdə keçirilən tədbirlər milli-mənəvi dəyərlərin təbliğini gücləndirir

İran Hörmüz boğazından keçid üçün bəyannamə tələb edəcək

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

Ayla Osmanova: Prezident mükafatına layiq görülmək daha məsuliyyətlə çalışmağa böyük motivasiya verir

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

İslam İnkişaf Bankı bu günədək ölkəmizdə 19 dövlət zəmanətli layihə üzrə 1 milyard ABŞ dollarından artıq vəsait ayırıb

FAO-dan xəbərdarlıq: Fəlakətlər aqrar sektora 4 trilyon dollar zərər vurub

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konsert proqramı təşkil olunub VİDEO

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən konsert proqramı təşkil olunub VİDEO

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açılıb

Zelenski: Ukrayna Rusiyaya atəşin dayandırılmasını təklif edib

Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır

Zaqatalada Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə 5 mindən çox gül əkiləcək

Qarabağ regionunun mədəniyyət işçiləri intellektual yarışda biliklərini sınayıblar

İordaniya mətbuatı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü barədə yazır

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış

Fariz Əliyev: Azərbaycan ITF-ə sədrliyi dövründə qlobal nəqliyyat gündəliyinə töhfə verən mühüm təşəbbüslərlə çıxış edib VİDEO

Fariz Əliyev: Azərbaycan ITF-ə sədrliyi dövründə qlobal nəqliyyat gündəliyinə töhfə verən mühüm təşəbbüslərlə çıxış edib VİDEO

Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı VİDEO

Fərid Qayıbov: “Hökumət” və “Parlament” komandaları arasında oyun turnirə xüsusi rəng qatdı VİDEO

Kaya Kallasın səfəri həm diplomatik mesajlar, həm də regional şərtlər baxımından diqqətəlayiqdir - ŞƏRH

lll Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələri davam edir VİDEO

lll Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələri davam edir VİDEO

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Franklin Hoyer: Azərbaycan ITF-ə uğurlu sədrliyi ilə fəxr etməlidir VİDEO

Franklin Hoyer: Azərbaycan ITF-ə uğurlu sədrliyi ilə fəxr etməlidir VİDEO

İsveçdə 13 yaşdan etibarən uşaqlara elektron nəzarət tətbiq oluna bilər

SOCAR komandasının baş məşqçisi: Finaldakı böyükhesablı qələbə bizim üçün sürpriz oldu

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub

Baş katib: Azərbaycanın ITF-də irəli sürdüyü dekarbonizasiya məsələləri COP çərçivəsində təşəbbüslərin məntiqi davamıdır

SOCAR-ın komandası dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi olub

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

İsrail və Livan nümayəndələri gələn həftə Vaşinqtonda görüşəcəklər

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Bu il müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatına 13 milyon manat ziyan vurub

FAO təmsilçisi: Gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı olub – YENİLƏNİB

AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər VİDEO

AZƏRTAC-ın əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər VİDEO

İyirmi beş min abonentin su təchizatı fasiləsiz olacaq

Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür

Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir

Bora Atagören: Azərbaycan şəhərsalma sahəsində Türk dünyası üçün nümunəvi mərkəzə çevrilib

Orxan Məmmədov: Sevindirici haldır ki, azarkeşlər oyunlara kifayət qədər maraq göstərirlər

Sumqayıtda yataqxana binasında yanğın olub, sakinlər təxliyə ediliblər VİDEO

Sumqayıtda yataqxana binasında yanğın olub, sakinlər təxliyə ediliblər VİDEO

Azərbaycan və Çexiya enerji əməkdaşlığını genişləndirir

Beynəlxalq Dəniz Təşkilatının Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmiz təmsil olunub

Azərbaycan aqrar sahədə süni zəka və “ağıllı kənd” modelini genişləndirir

Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib

Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu VİDEO

Emin Əmrullayev: Bu qədər azarkeş önündə futbol oynamaq maraqlı təcrübə oldu VİDEO

Fidan Hacıyeva: Yubiley ilimdə Prezident mükafatına layiq görülmək qürurvericidir

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik VİDEO

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik VİDEO

Mədəniyyət xalqın böyük sərvətidir - sərgi

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir

“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans

Dövlət qurumları arasında keçirilən yoldaşlıq oyunu heç-heçə ilə bitib

“Caspian Agro Week” çərçivəsində III Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib

Paytaxtda ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb

AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib

“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib

Daha 200 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Politoloq: Avropa ölkələri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə maraq göstərir

Hazırda Azərbaycanın hərbi-texniki əməkdaşlığı çox geniş coğrafiyanı əhatə edir - ŞƏRH

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 20 faizdən çox artıb

Sahibə Qafarova: Parlament diplomatiyası fikir ayrılıqları olduğu hallarda da konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır

Şirkət meneceri: “Caspian Agro Week” sərgisi təqdim olunan xidmət və məhsulların keyfiyyətinə görə fərqlənir

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

Hicran Nəsirova: Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram

Uşaqların qidalanması necə təşkil olunmalıdır?

Beynəlxalq maliyyə bazarlarında risklərin artması Azərbaycan bank sektorunun sabitliyinə hansı təsirlər göstərə bilər?