CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib



Ankara, 10 mart, AZƏRTAC
Ankarada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Dövlət agentliyi adından Anıtqəbrə əklil qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub, Ülvi Mehdiyev xatirə kitabına ürək sözlərini yazıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara