Azərbaycan təmsilçisinin “Avroviziya-2022”dəki ifa edəcəyi mahnı müsabiqənin rəsmi saytında təqdim olunub
Bakı, 21 mart, AZƏRTAC
Azərbaycanın “Avroviziya-2022”də təmsil edəcək Nadir Rüstəmli müsabiqədə “Fade To Black” mahnısı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat müsabiqənin rəsmi saytında yer alıb. Saytda, həmçinin təmsilçimizin təqdim edəcəyi mahnının rəsmi videoklipi yayımlanıb.
Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Yarımfinal mərhələləri mayın 10-da və 12-də, final isə mayın 14-də baş tutacaq. “Avroviziya-2022”nin şüarı “The Sound of Beauty”dir (“Gözəlliyin səsi”).
Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək. “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.