Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərli

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin doğum günüdür.

Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tariximizə həkk etdirən tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən biridir.

XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq üçün fədakarlıqla fəaliyyətə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz siması və böyük xidməti aydın görünür. Onun başladığı şərəfli işin ləyaqətli davamçılarından olan F.Hüseynov doğru deyir ki, XX yüzilliyin birinci rübündə realist bədii nəsr, dramaturgiya, inqilabi satira və publisistika sahəsində Cəlil Məmmədquluzadənin, yeni şeir aləmində Mirzə Ələkbər Sabirin, musiqi mədəniyyəti cəbhəsində Üzeyir Hacıbəylinin gördüyü iş ədəbiyyatşünaslıq elmində Firidun bəy Köçərlinin üzərinə düşmüşdür. O, böyük tənqidçi, Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi, bütün şüurlu ömrünü doğma xalqının maariflənməsi və mədəni-siyasi tərəqqisi yolunda şam kimi əridən ziyalı vətəndaşdır.

Firidun Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində savadlı bəy ailəsində anadan olmuşdur. Ədibin “Köçərli” kimi tanınmasının tarixi kökləri mövcuddur. Onun ulu babalarından olan Məhəmməd Cavanşir mahalın Köçərli kəndindən Şuşaya pənah gətirmiş, şəhərin şimal-qərbində yurd salmış və sonralar onun övladları Köçərli kimi tanınmışdır. Firidun bəyin uşaqlığı qışda Əyricə kəndində, yaz-yayda Şuşada keçmişdir. Atası onda şeirə-sənətə həvəs oyatmaq, ona fars dilini öyrətmək məqsədilə 1872-ci ildə Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə ibtidai təhsil alaraq, Sədinin “Gülüstan” və “Büstan” əsərlərini, Füzulinin “Leyli və Məcnun” məsnəvisini öyrənir. 1876-cı ildə atasının arzusu ilə doğma şəhərində fəaliyyət göstərən rus məktəbinə daxil olur. Həmin məktəbin üçüncü sinfində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, məşhur rus pedaqoqu A.O.Çernyayevskinin (1840-1897) Qafqaz şəhərlərini dolaşaraq Qori Müəllimlər Seminariyası üçün tələbələr cəm etdiyini görən F.Köçərlinin təhsilini daha da artırmağa marağı oyanır. 1879-cu ildə Qori Müəllimlər Seminariyasına oxumağa gedir.

1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan F.Köçərli əməksevərliyi və çalışqanlığı sayəsində qısa zaman kəsiyində rus dilini və rus ədəbiyyatını dərindən öyrənərək qabaqcıl tələbələrdən biri olur. Seminariyanı bitirəndən sonra pedaqoji fəaliyyətə İrəvan gimnaziyasında müəllim kimi başlamış (1885-1895), sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində müvəqqəti təlimatçı kimi (1910-1918) çalışmışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılan Firidun bəy Köçərli “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələrinə layiq görülmüşdür.

Köçərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 1918-ci ildə Firidun bəyin təşəbbüsü ilə seminariyanın Azərbaycan bölməsi Azərbaycanın Qazax şəhərinə köçürülmüşdür. Sonradan Qazaxda ilk uşaq evi açır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilir və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir. Sovet işğalına qədər o, Qazax Müəllimlər Seminariyasının müdiri vəzifəsində (1918-1920) işləmişdir.

Firidun bəy Köçərli ədəbi-ictimai fəaliyyətə İrəvan gimnaziyasında çalışdığı illərdən başlamış, ilk məqalələri bu dövrdə işıq üzü görmüşdür. Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəyin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur.

Firidun bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Mütəxəssislərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunması ilə bilavasitə bağlıdır.

Şifahi xalq ədəbiyyatının növ və janr zənginliyini aşkarlayan görkəmli ədəbiyyatşünas onların unudulmaq təhlükəsini duyaraq folklor nümunələrimizi toplamağa başlamışdı. Onun 1908-ci ildə ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görmüşdür. Bu kitab Azərbaycan folklorunun ilk antologiyası idi. Bu kitab indi də uşaqlar üçün maraqlı və əzizdir.

Dövrünün ədəbi hadisələrini diqqətlə izləyən Firidun bəy Köçərli ədəbiyyatda xəlqiliyin və demokratik meyillərin inkişaf etdirilməsi üçün ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı olmuşdur.

Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq XX əsrə qədərki ədib və şairlərin böyük əksəriyyətini əhatə edən ədəbiyyat tarixini yazmağa təşəbbüs göstərmişdir. “Materiallar” da yüz iyirmi doqquz şairin ədəbi irsi və onlardan böyük bir qisminin ilk dəfə olaraq tərcümeyi-halı verilmiş, əsərləri haqqında orijinal fikirlər söylənmişdir.

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev Firidun bəy Köçərlinin xidmətlərini nəzərə alaraq demişdir ki, bir institutun görə bilmədiyi işi o, təkbaşına görmüşdür. Bu görkəmli maarifçi iyirmi ildən çox Qoridə, on il İrəvan gimnaziyasında, iki ilə yaxın Qazax seminariyasında azərbaycanlı gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuş və “Azərbaycan ədəbiyyatı” kimi çox sanballı elmi əsər yazmışdır.

Görkəmli ədəbiyyatşünasın dilə dair görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. O, M.F.Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F.Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan ibarət cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. F.Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, onun canlı üslubunda yazıb-yaratmaq üçün M.P.Vaqif, M.V.Vidadi, H.Zərdabi, S.Ə.Şirvani, A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü.

Rus ədəbiyyatının Azərbaycanda yayılmasında və təbliğində Firidun bəy Köçərli bir çox müasirlərindən işinin ardıcıllığı ilə seçilirdi. Beləliklə, görkəmli ədəbiyyatşünas alim, tənqidçi və maarif xadimi Firidun bəy Köçərlinin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən, onun “Azərbaycan ədəbiyyatı” monoqrafiyası isə milli ədəbiyyatşünaslığın yeni istiqamətində inkişafında böyük rol oynayan və özünün saysız-hesabsız müsbət, mütərəqqi cəhətləri ilə bu gün də əhəmiyyətini, təravətini itirməyən əsərlərdən biridir. Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir.

Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlanan faciə və məqsədli terror qurbanlarından biri də Firidun bəy Köçərli oldu. O, sovet hakimiyyətinin elə ilk aylarında repressiyaya məruz qaldı. Belə ki, 1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və Müsavatın digər üzvlərini xalqa xəyanətdə, milli nifaq törətməkdə ittiham etdilər. Müsavatçı olduğu üçün ona “əks-inqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə F.Köçərli ona verilən səlahiyyətlərdən sui-istifadə edərək xalqı aldadıb, əhalini incidib, Kommunist Partiyasının üzvlərini təqib edib, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəyib, yerlərdə milli nifaq törədib. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edib. 1920-ci ildə Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl Ordunun 20-ci diviziyasının hökmü əsasında mayın 24-də evinin qarşısında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə haqqında verilən saxta hökmə əsasən Firidun bəy Köçərli iyunun 4-də 58 yaşında güllələnib. Xalq şairi Mirvarid Dilbazi bu hadisəni şeir dili ilə oxucusuna aşağıdakı şəkildə çatdırmışdır:

Başına tuşlanan düşmən xəncəri

Xalqının qəlbinə tuşlandı sənin.

Bu müdhiş ölümün acı xəbəri

Sağalmaz dərdidir bizim vətənin.

Azərbaycan xalqının ləyaqətli oğlu, böyük ziyalı, ədəbiyyatşünas-alim, maarifçi-demokrat Firidun bəy Köçərli ümumtürk mədəniyyətinin tərəqqi və çiçəklənməsinə xidmət göstərmiş, fəaliyyətinin bütün sahələrində türk xalqlarının, türk ədəbiyyatının və mədəniyyətinin ayrılmasına, təfriqə düşməsinə yox, birliyinə, möhkəmlənməsinə çalışmışdır. Bütün şüurlu həyatı boyu mətbuatla sıx əlaqədə olan Firidun bəyin yüzlərcə məqaləsi hələ sağlığında Bakı, Tiflis, Bağçasaray və Peterburqda çıxan qəzetlərdə nəşr olunmuş, bir neçə kitabı işıq üzü görmüşdür.

Ədibin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən əziz tutulur. Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1967-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Firidun bəy Köçərlinin adı Respublika Uşaq Kitabxanasına verilib, onun kitabları nəşr etdirilib, haqqında çoxlu məqalə, kitab, dissertasiya yazılıb, ədəbi irsi araşdırılıb və tədqiq olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il fevralın 14-də Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu münasibətlə “Balalara hədiyyə” kitabı yenidən çap olunub.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının
elmi katibi Tünzalə Əzizova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir