İDMAN


Azərbaycanın U-19 millisi İspaniyada üç yoldaşlıq oyunu keçirəcək

Bakı, 5 fevral, AZƏRTAC

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.