Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir VİDEO

Berlin, 4 dekabr, AZƏRTAC

Azərbaycanla Almaniya arasında özəlləşmə ilə bağlı əməkdaşlıq daha da genişlənir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri Stefan Ramge arasında Berlin şəhərində ikitərəfli görüş keçirilib. Məqsəd daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində Almaniyanın aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulması, əməkdaşlığın inkişafı olub. Eyni zamanda, bu sahədə birgə fəaliyyət imkanları və təcrübə haqqında geniş müzakirələrin aparılması da görüşün əsas məqsədlərindən oldu.

Komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin, habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır. Özəlləşmə prosesinin müasir yanaşmalar əsasında həyata keçirilməsi, əmlak idarəçiliyində modern üsulların tətbiqi, bu sahədə şəffaflığın maksimum artırılması istiqamətində ardıcıl işlər görülüb. Nəticədə bu sahədə iqtisadi fəallıq güclənib, biznes mühiti daha da yaxşılaşdırılıb.

Komitə sədri bildirib ki, müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu baxımdan daşınmaz əmlak idarəçiliyini, özəlləşdirmə proseslərini əhatə edən elektron xidmətlər əhalinin istifadəsinə verilib.

Qeyd edilib ki, hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılır. Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsi investorların işini xeyli sadələşdirib. Artıq özəlləşmə ilə bağlı hərraclarda iştirakçı statusu əldə etmək və prosesdə əmlaka sahib olmaq prosedurları onlayn rejimdə və elektron qaydada həyata keçirilir. Digər innovativ yeniliklərdən biri də hərrac prosesini internet resursları üzərindən canlı rejimdə izləmək imkanının yaradılmasıdır.

Özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması, potensial yerli və xarici investorlar üçün optimallığın və informasiya təminatının genişləndirilməsi məqsədilə “Özəlləşdirmə portalı” fəaliyyət göstərir. Portal vasitəsilə özəlləşdirilməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrli məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 2 milyonu ötüb.

Vurğulanıb ki, Azərbaycanda hazırda iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Belə müəssisələrin özəlləşdirilməsinə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Maşınqayırma, metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi və digər imtiyazlar müzakirə edilir. Həmçinin özəlləşdirilmədən qabaq həmin dövlət əmlaklarının restrukturizasiyası aparılır.

Almaniya Federativ Respublikası Özəlləşdirmə Qurumunun rəhbəri Stefan Ramge də görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir ölkələr arasında dövlət əmlakının idarəedilməsi və özəlləşdirmə sahəsində təcrübə mübadiləsinin aparılması, tətbiq olunan yeniliklər və innovativ layihələrin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması baxımından çox yaxşı vasitədir.

Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Azərbaycanla Almaniya arasında özəlləşdirmə ilə bağlı əməkdaşlıq daha da genişlənir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Cahangir Novruzov: Qarabağ Universitetinin hər bir müəllimi öz ölkəsinin əsl vətənpərvər övladıdır

Manisa Xalq Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib

Hüseyn Niftəliyev: Özəl pianoçunun məxsusi musiqisi

Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub VİDEO

“İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans panel iclasları ilə davam edir

“İqlim dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçirilib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Texnologiya Universitetində 2 auditoriya əsaslı təmirdən sonra istifadəyə verilib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB-3 VİDEO

İtaliyalı fotoqraf Ağdamla bağlı kitabını AZƏRTAC-a hədiyyə edib

Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Akademik Musiqili Teatrda “Killerdən teleqram”ın premyerası olacaq

Britaniya hökuməti karbontutma layihələri üçün 22 milyard funt sterlinq vəd edir

Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi” adlı rəqəmsal sərgi açılıb

Korsika: Fransa hegemonluğuna etiraz edən ada iflic vəziyyətinə düşüb

İsveç klubunun futbolçusu: “Qarabağ”ın keyfiyyətli hücum xətti var

Bu il Bal yarmarkasında 67,5 ton arıçılıq məhsulu satılıb

Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək

Qarabağ Universitetinin dekanı: İncəsənət fakültəsində 130 tələbə təhsil alır

Qərb standartları

Millətlər Liqası: Türkiyə yığmasının heyəti açıqlanıb

Tailandda yüzdən çox fil daşqınlardan xilas edilib

Bakı Ali Neft Məktəbinin tələbələri Çində təhsil alırlar

KXDR-in suverenliyi pozularsa, nüvə silahından istifadə etməkdən çəkinməyəcək

ABŞ-ın maliyyə dairələri Kamala Harrisə dəstəyi artırır

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən 30-dək şəxsin məşğulluğu təmin olunub

Devid Lemmi yeddi ildən sonra İrlandiyanı ziyarət edən ilk Britaniya xarici işlər naziri olub

Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Şərqi Finlandiya Universitetinin əməkdaşı ADAU tələbələri üçün mühazirələr keçəcək

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

İtaliya 178 vətəndaşını Livandan təxliyə edib

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Avro-2025: Azərbaycanın futzal yığması seçmə mərhələyə ilk raunddan başlayacaq

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır

Nazir müavini: Bu il ətraf mühitlə bağlı ixtisaslar üzrə bakalavriat səviyyəsinə 1700-ə yaxın tələbə qəbul olub

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş olub

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

ADPU-ya ödənişli əsaslarla qəbul olan tələbələrin 12,5 faizi təhsil kreditindən yararlanıb

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

Sabahın hava proqnozu açıqlanıb

“Qəbələ” legioner futbolçusu ilə vidalaşıb

Özbəkistanın ali məktəblərində Qərbi Azərbaycana həsr olunmuş mühazirələr dinlənilib

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

Romada Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Binəqədidə qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

“Malmö”nün futbolçusu: “Qarabağ”ın hücumları effektli deyildi - EKSKLÜZİV

Cəbrayılda Şəhər günü qeyd edilir

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib

Leyla Həsənova: Yüksək səviyyəli təhsil iqlim dəyişikliyi ilə mübarizədə olduqca vacibdir

Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb

Rusiya FTX-sinin rəhbəri: Qərb İrəvanı Bakı ilə danışıqları yubatmağa sövq edir

DİM 2200-dən çox namizəd üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

Sədr: Dünyada mövcud problemlərin aşkar edilməsi üçün beyin mərkəzlərinin fəaliyyəti önəmlidir

Media: ABŞ İsrailin İrana cavab zərbəsində iştirak etməyəcək

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin rəsmisi: Dünya 1,5 dərəcə planına hələ yaxın deyil

Qazaxıstan Prezidenti MDB ölkələri təhlükəsizlik xidmətlərinin rəhbərlərini qəbul edib

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Akif Marifli: Kitab sərgisində mədəniyyətlər, düşüncələr birləşir

“Biznesin müflisləşməsi” işçi qrupunun auditorlarla görüşü keçirilib

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

Nigar Arpadarai: Tədqiqat effektiv iqlim fəaliyyətinin təməlidir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə sərgi açılıb

Türkiyənin proqram təminatı üzrə ixracının həcmi 3,5 milyard dollara çatıb

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun VİDEO

Yaponiya ABŞ-la ittifaqın möhkəmləndirilməsini istəyir

AQTA sədri Qusarda vətəndaşları qəbul edəcək

“OneRepublic” ilk dəfə Bakıda çıxış edəcək

“Code for Future” layihəsinin iştirakçıları olan tələbələrlə görüş

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı bəlli olub

Yaradıcı müəllim təqdimat müsabiqəsinə başlanılıb

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 45001 sertifikatına layiq görülüb

“Nanoelm və nanotexnologiya” – yeni nəşr

Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb VİDEO

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

“Sarsılmaz” şirkəti “TEKNOFEST” festivalında yeni silahlarını təqdim edib

Akademik: Qlobal istiləşmənin həlli istiqamətində tərəfdaş ölkələrin elmi qurumları birgə layihələr həyata keçirməlidir

® “Push30” hesabları SİMA KYC ilə daha etibarlı

ÜST süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə aylığı keçirir

AMEA və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası birgə layihələrdə iştirak edəcək

Bakıda hoteldə normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb

Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var

Bu gün Ümumdünya Heyvanların Mühafizəsi Günüdür

“İçərişəhər” Qoruğunun layihəsi beynəlxalq mükafata layiq görülüb