Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı deputat: Prinsipiallıq və qətiyyət beynəlxalq təşkilata əlavə güc verən başlıca keyfiyyətlərdir

Azərbaycanlı deputat: Prinsipiallıq və qətiyyət beynəlxalq təşkilata əlavə güc verən başlıca keyfiyyətlərdir

Strasburq, 9 oktyabr, AZƏRTAC

Prinsipiallıq və qətiyyət istənilən beynəlxalq təşkilata əlavə güc verən başlıca keyfiyyətlərdir. Son dövrlərdə Avropa Şurası Parlament Assambleyasında aparılan bir sıra açıq müzakirələr, hazırlanan məruzələr belə prinsipiallığın, nöqsanlara qarşı barışmazlığın, qətiyyətin nəticəsidir. Bəzən təşkilatın nüfuzuna zərər toxunar deyə bəzi neqativ hadisələri ictimailəşdirməkdən çəkinilir. Lakin bu, çox təqdirəlayiq göstəricidir ki, Parlament Assambleyası özündə qətiyyət taparaq təşkilatın daxilindəki korrupsiya hallarını bağlı qapılar arxasında deyil, açıq müzakirələrə çıxarır.

Bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

Deputat qeyd edib ki, Assambleyanın ayrı-ayrı qərarların qəbul edilməsi və səsvermələrin keçirilməsində obyektivlikdən yayınma hallarını problem olaraq qaldırması və diskussiyaların gedişində səslənə biləcək sərt ittihamlardan qorxmaması alqışa layiqdir. Əlbəttə, xəstəliklər varsa, onları sağaltmaq üçün ağrılara da dözməyi bacarmalısan. Lazım gələndə acı dərman da içməlisən, ehtiyac hiss edilsə bütöv orqanizmə ziyan vuracaq hissəni bədəndən kəsib atan cərrah bıçağından da çəkinməməlisən. Belə etiraf cəsarəti təşkilatla münasibətdə hörmət oyadır, eyni zamanda, nigaran düşüncələr yaradır. Axı, əslində burada belə müzakirələrə yer olmamalıdır. Avropa Şurası Parlament Assambleyası elə məkandır ki, belə fəsadlar buralara əslində yol tapmamalıdır. Axı, buraya 47 ölkənin parlamentlərindən ən seçmə insanlar toplanıb. Parlamentlər belə acınacaqlı vəziyyətlə üzləşirsə, belə nəticəyə qarşı mübarizə aparmaqdansa, əsl səbəblər tapılmalı və onların kökü kəsilməlidir. Əks təqdirdə, burada yenə qruplaşmalar əmələ gələcək, sifariş yerinə yetirmələr olacaq, bunların tərkib hissəsi kimi səsvermələrdə də əyintilər davam edəcək, ədalətsiz qərarların qəbulu tükənməyəcək.

R.Hüseynov diqqətə çatdırıb ki, Parlament Assambleyasında bütün digər xəstəliklərə rəvac verən əsas virus ayrı-seçkilik, oxşar hadisələrə müxtəlif ölkələrə müvafiq olaraq fərqli yanaşmadır. Belə münasibət qanunları pozan, təşkilatın Nizamnamə tələblərinə zidd gedəndir. İşğalda günahkar bilinən üzv dövlətdən birinə ağır cəza verilir, digəri isə heç nə olmamış kimi kənarda qalırsa, artıq məğlub vəziyyətdəyik. Çünki belə yanaşma ilə hansısa başqa qüsurları aradan qaldırmağa çalışmağımız heç vaxt səmimi təsir bağışlamayacaq. Nə qədər məruzə hazırlansa da, nə qədər sərt tələblər qoyulsa da, istədiyimiz yüksək nəticə əldə edilməyəcək.

“Adlar çəkib pərtlik yaratmaq istəmirəm, amma konkret adlar çəkmək mümkündür. Stenoqramları qaldırın baxın və görəcəksiniz ki, bir dəstə deputat var ki, hər sessiyada mütləq Azərbaycan əleyhinə nəsə deyir, hansısa ittiham irəli sürür. Əgər onlarda ədalət varsa, əvvəla, düz danışsınlar, ikincisi də həqiqətən göstərmək istədikləri kimi guya demokratdırlarsa, bir dəfə də Azərbaycanın digər üzv ölkə tərəfindən məruz qaldığı işğaldan, terrordan bəhs etsinlər, 1 milyon qaçqın və köçkünə necə kömək etmək barədə bircə cümlə səsləndirsinlər. Həmin məlum şəxslərin müxtəlif vaxtlardakı çıxışlarını toplayıb sistemləşdirəndə hiss edirsən ki, bunun ardında qara əllər, konkret sifariş dayanır, pərdə dalında fitnəkarlıq, hansısa siyasi, ya digər çirkin maraqlar var. Bu sözlərimə illüstrasiya istəyirsinizsə qaldırın baxın Maykl Astrup Yensen (Danimarka), Rene Ruke (Fransa), Fransua Roşeblan (Fransa), Frank Şvabe (Almaniya), Ənn Brasör (Lüksemburq), Tini Koks (Hollandiya), Piter Omziq (Hollandiya) və digərlərinin Azərbaycan əleyhinə sıra-sıra qərəzkar, qeyri-obyektiv çıxışlarına. Onların bəziləri Assambleyadan gedib, bəziləri hələ buradadır. Kimin gedib, kimin qalması əsas deyil. Əsas odur ki, bu cür münasibət, bu cür yanaşma, bu düşüncə tərzi, bu kənardan idarəedilmə üslubu Assambleyadan getsin. Yalnız o vaxt Avropa Şurası Parlament Assambleyası həqiqi ailəyə çevrilə bilər. Ögeylərə və doğmalara bölünən deyil, hamıya eyni gözlə baxılan sağlam ailəyə! Buna nail ola bilsək, nə ədalətsiz qərarlar qəbul edilər, nə səsvermələrdə saxtakarlıqlar baş verər, nə korrupsiya söhbətləri araya gələr, nə də bizi Assambleyada narahat edən çox problemlərdən əsər-əlamət qalar”, - deyə R.Hüseynov bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

® “Bolt for Business” Baku ID 2026-nın dəstək tərəfdaşıdır

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər

Tarixi izlərin məhv edilməsi ərazinin keçmişinə dair ictimai təsəvvürə təsir edən yaddaş siyasətidir - RƏY

® ABB partnyorları ilə görüş

İraq Avropaya neft ixracını artırmaq və ixrac marşrutlarını şaxələndirmək istəyir

Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlıq nəzərdən keçirilib

Bense Varkonyi: “Qarabağ”a keçidim Macarıstan yığmasına çağırılmağıma təkan verdi

İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri və piyadalar qaydalara əməl etməyə çağırılıb VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri və piyadalar qaydalara əməl etməyə çağırılıb VİDEO

Alpinist Vəfa Musayeva: Bu film çox insanın həyatına toxunacaq

Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar VİDEO

Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar VİDEO

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Türk ekspert: TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

Qərb bölgəsində forel balığı istehsalına maraq artır VİDEO

Qərb bölgəsində forel balığı istehsalına maraq artır VİDEO

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları – TƏHLİL

Politoloq: Prezident İlham Əliyevin çıxışı regiondan kənarda da böyük əks-səda doğurur VİDEO

Politoloq: Prezident İlham Əliyevin çıxışı regiondan kənarda da böyük əks-səda doğurur VİDEO

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

Dini-mənəvi əməkdaşlıqda yeni perspektivlər nəzərdən keçirilib

Pilotsuz dəniz sistemlərinin sürətli işlənməsi üçün mühəndislik metodologiyası təqdim edilib