BDU-da bu gün 85 tələbə imtahana gəlməyib
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Bu gün imtahanda iştirak etməli olan 4.827 tələbədən 4.742-si imtahanda iştirak edir, 85-i isə hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-da imtahanlarda iştirak edə bilməyən tələbələr üçün mövcud qanunvericiliyə uyğun olaraq şərait yaradılacaq.
Qış imtahan sessiyasında imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçirilir. Bakalavriatura səviyyəsində ümumilikdə 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]