ELM VƏ TƏHSİL


BDU-nun Jurnalistika fakültəsinin dekan müavini: Təhsilimizdə önəmli yeniliklər tətbiq olunur

Bakı, 17 sentyabr, AZƏRTAC

Ölkənin və cəmiyyətin tərəqqisində təhsilin rolu əvəzsizdir. Ona görə də Azərbaycanda təhsil sahəsinə daim xüsusi diqqət və qayğı göstərilir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva bildirib. O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyası Prezident İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələbləri nəzərə alınmaqla həyata keçirilir.

S.Əliyeva deyib: “Azərbaycan Prezidenti təhsil sistemi, insan kapitalının inkişaf etdirilməsi sahəsində mühüm işlər görür və bunu dövlət siyasətinin mühüm sahəsi kimi qiymətləndirir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binalarının inşası, əsaslı təmiri təhsil infrastrukturunun müasirləşməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdir. Məktəblərimizin təkmilləşdirilməsi işləri təkcə paytaxtda deyil, regionlarda da uğurla reallaşdırılır. Belə ki, 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 400-dək məktəb binası inşa edilib və yenidən qurulub. Bu məktəblərin hər birində kitabxana, yeməkxana, müasir laboratoriya, ən müasir avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və istilik sistemləri mövcuddur. Bu il də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı, Gəncə və Mingəçevir şəhərlərində, rayonlarda məktəb binaları inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.

S.Əliyeva ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil sahəsində önəmli yeniliklərin tətbiq olunduğunu söyləyib.

Prezident İlham Əliyevin təhsilimizin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışan dekan müavini təhsildə həyata keçirilən müxtəlif proqram və layihələrin bu sahəyə töhfə verəcəyinə əminliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.