CƏMİYYƏT


Brokkoli qəbul etmək ürək-damar sistemi xəstəliklərindən qoruyur

Bakı, 22 avqust, AZƏRTAC

Brokkoli kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Qida dəyəri baxımından çox əhəmiyyətli olan bu tərəvəzi ilboyu əldə etmək mümkündür.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, bəzən uşaqlar və böyüklər brokkolinin dadını bəyənməsələr də, onun çoxlu xeyirli cəhətləri var.

Bitkinin gövdəsi 50-90 santimetr uzunluğa malikdir. Əsasən bitkinin çiçək və zoğ hissəsindən istifadə edilməsi tövsiyə olunur, çünki daha çox sellüloza və lif həmin hissədə yerləşir. Onun buxarda bişirilməsi və yağda qovrulması tərkibindəki vitaminlərin daha çox qalmasına səbəb olur.

Brokkolinin rənginin saralması onun keyfiyyətinin itməsi deməkdir. Ürək-damar sistemini qoruyan brokkoli müxtəlif xəstəliklər zamanı da çox əhəmiyyətlidir. Dərinin sağlam və hamar qalmasına müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.