DÜNYA


Çin şirkəti Avstraliyanın uşaq yeməkləri istehsalçısını təxminən 1 milyard dollara alır

Pekin, 17 noyabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati bölgəsində qeydiyyatda olan “Mengniu Dairy” şirkəti Avstraliyanın körpə uşaqlar üçün orqanik yeməklər istehsal edən “Bellamy's” firmasının aksiyalarının 59 faizini 980 milyon ABŞ dollarına alır.

AZƏRTAC Çin şirkətinə istinadla xəbər verir ki, Avstraliyanın İnvestisiya Nəzarəti Bürosu sövdələşmənin ölkənin iqtisadi maraqlarına qarşı olmadığına dair qərar verib. Bununla yanaşı, şirkətin baş ofisinin ən azı 10 il Avstraliyada qalması, habelə idarə heyəti üzvlərinin əsas hissəsinin Avstraliya vətəndaşları olması şərt kimi irəli sürülüb.

Pay hesabı ilə Avstraliyanın uşaq yeməkləri bazarında 4-cü olan “Bellamy's”in səhmdarları gələn ay sövdələşməyə dair yekun qərar qəbul edəcək. Şirkətin baş icraçısı Endryü Kohen bildirib ki, Çində süd məhsulları istehsalında öndə gələn kampaniyalardan biri olan “Mengniu” ilə əldə olunan sövdələşmə “Bellamy's”in Çin bazarındakı biznesinə də uğur gətirəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.