MƏDƏNİYYƏT
Cəlal Abbasov və SHANSON COVER BAND qrupu yeni və fərqli proqramla çıxış edəcək
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış müğənni Cəlal Abbasovun solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək. Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.
Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının (“Vostoçnıy Bazar”, “Türksoy”, “Qulyay duşa”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir. Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox Azərbaycan, rus, ingilis, italyan və başqa dillərdə ifalar vardır.