Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dostumuzun adındakı həqiqət: Həmişə yaşayacaq Yaşar

Bakı, 29 iyun, AZƏRTAC

Bu gün - 2018-ci il iyunun 28-də Vətəndən uzaqlarda, 18 il mütəmadi gedib-gələndən sonra mənə Bakı qədər doğmalaşmış Strasburqda səhər saatlarında saytları, sosial şəbəkəni “vərəqləyərkən” ani olaraq gözlərim tanış bir simanı tutdu və sevindim.

İndiki şəkli deyildi, cavanlıq fotosu idi. Həmişəki kimi şux, gümrah, çöhrəsi işıqlı, həmişəki kimi təpədən-dırnağa silahlı - fotoaparatın biri əlində, biri boynundan, biri çiynindən asılı!

Heç bu fotonun böyür-başındakı müşayiət yazılarını oxumadan tez-tələsik köçürüb atdım kompüterimin hər an göz qabağında olan işçi lövhəsinə.

Və yenidən internetdə rastıma çıxmış o səhifəyə nəzər yetirib əziz dostumun gənclik şəklinin nə münasibətlə burada yerləşdirilməsi ilə maraqlananda son dərəcə məyus oldum.

Əziz Yaşarı itirmişdik...

Azərbaycan fotoqraflarının ağsaqqallarından, fotojurnalistikamızın patriarxlarından olan Yaşar Xəlilov vəfat edibmiş...

Az qala bütün ömrü uzunu - ilk yeniyetməlik illərindən başlayaraq fotoaparat əlindən düşməyən, yarım əsrdən çox müddətdə peşəkar fotoqraf kimi həyatın anlarını, ömür qırpımlarını tutub saxlayan, şəkilləşdirən, əbədiləşdirən, tarixləşdirən Yaşar Xəlilovu əcəl bir an içində əlimizdən almışdı.

Elə bir neçə gün əvvəl Bakıda onun söhbətini edirdik.

Görkəmli diplomatımız, milli mədəniyyətimizin və tariximizin canıyanan təəssübkeşi, son illəri Moskvada yaşayan Ramiz Abutalıbov zəng vurmuşdu ki, bir neçə həftəliyə Bakıya gəlmişəm.

Görüşdük və axşamlardan birində şam edirdik, söz hərlənib-fırlanıb 1995-ci ilin martındakı Fransa səfərimizin üstünə gəlib çıxdı.

O vaxt Fransa prezident seçkiləri ərəfəsində idi, Parisdə bu münasibətlə keçirilən tərəfdarlar toplamaq tədbirlərindən birini o zamankı baş nazir təşkil etmişdi. Müxtəlif ölkələrin baş nazirləri, bir sıra məşhur ictimai-siyasi xadimlər dəvət edilmişdi. Unudulmaz Heydər Əliyev həmin tədbirə Azərbaycan adından xarici işlər naziri Həsən Həsənovun getməsini məsləhət bilmişdi.

Ramiz Abutalıbov o zaman Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir idi. Nazir Həsən Həsənov bu səfərin təfərrüatlarını işıqlandırmaq üçün özü ilə məni, “Bakinski raboçi”dən İbrahim Şükürovu və məşhur fotoreportyor Yaşar Xəlilovu götürmüşdü. Həmin qısa səfəri Ramiz müəllim bizim üçün yetərincə dolu etməyə müvəffəq oldu.

O, Parisdə özünü suda balıq kimi hiss edirdi.

Zəngin UNESCO təcrübəsi, köhnə mühacirətçilərin bir çoxunu yaxşı tanıması (həm də yalnız Azərbaycan mühacirətinin deyil, rus və digər xalqların da tanınmış mühacirləri ilə mütəmadi əlaqələrinin olması), Parisdə torpağa tapşırılmış məşhur soydaşlarımızın hər birinin məzarının harada olmağından xəbərdarlığı, həm də gözəllər gözəli Parisi küçə-küçə, bina-bina yaxşı tanıması bizə imkan vermişdi ki, 3-4 gün ərzində onun bələdçiliyi ilə, yalan olmasın, belə qabil müşayiətçisiz heç bir aya görə bilmədiklərimizi göz yaddaşımıza yazaq.

Həmin 1995-ci il səfərimizin hafizədən silinməyən təəssüratlarını yada salmışdıq və Ramiz müəllim qəfilcə Yaşarı soruşmuşdu. “Sağ-salamatdır”, - demişdim. “Elə 2-3 gün əvvəl şəhərdə, işə çatarkən, Nizami muzeyinin yanında onunla rastlaşdım. 84-ü keçib, 85-in içindəydi. Ancaq maşallah, yaşına görə kifayət qədər qıvraqdır”.

O gün Yaşar müəllimlə rastalaşmışkən yadigar şəkil də çəkdirdik.

Yoldan ötən gənclərdən birinə telefonumu verib xahiş etdim, o da ricamızı candərdi deyil, xeyli həvəslə yerinə yetirdiyindən, sadəcə düyməni basmayıb yaxşı kadr alınması üçün çalışdığından demişdim ki, dostum, biləsiniz, siz bu dəqiqə tarixi iş görürsünüz. Ömrü boyu başqalarının şəklini çəkmiş, Azərbaycanın ən məşhur fotoqraflarından birinin fotosunun müəllifi siz olursunuz.

Telefonumda həmin kadrları tapıb Ramiz müəllimə də göstərmişdim ki, köhnə dostumuz Yaşar Xəlilovun canının hələ yetərincə sulu olmasını əyani şəkildə görsün.

Bunu da söyləmişdim ki, iyunun son həftəsində Strasburqa gedim-gəlim, Yaşar müəllimi də dəvət edib axşamlardan birində oturarıq.

Qismət deyilmiş!..

Ramiz müəllimlə təbii ki, görüşəcəyik, amma Yaşarsız.

Həmin axşam Yaşar artıq ürəyimizdə, yaddaşımızda həmişəlik qalacaq xatirələri ilə bizimlə olacaq!

...Yaşar müəllimlə mən birinci dəfə tələbə ikən, 1972-ci ildə tanış olmuşdum. Yay imtahan sessiyasını yenicə başa vurmuşduq. Elə universitetə daxil olduğum ilk aylardan o zamanlar çox məşhur olan “Bakı” axşam qəzeti ilə əməkdaşlığa başlamışdım. Növbəti yazı tapşırığı almaq üçün redaksiyaya gəlmişdim. Şəhər xəbərləri şöbəsinin müdiri Çingiz Hacıyev dedi ki, Nabranda yaxşı bir turizm tədbiri keçiriləcək. “Azneft” meydanından 1 nömrəli trolleybusa min, get Bayıl dairəsinədək. Üzbəüzdə böyük park var. Orada Azər Dünyamalıyevi soruş, Bakı Turizm İdarəsinin rəhbəridir.

Getdim, görüşdük və elə həmin axşam da avtobusla Nabrana yola düşdük.

Yaşar Xəlilovun o vaxtadək “Neftçi”nin oyunlarından çəkdiyi cazibədar fotoları görmüşdüm, özü ilə ilk dəfə burada görüşüb tanış oldum.

Tədbir həqiqətən son dərəcə maraqlı idi. “Atam, anam və mən” adlanan bu turist idman yarışmasında özümüzünkülərlə yanaşı, Sovet İttifaqının müxtəlif şəhərlərindən gəlmiş çoxlu ailə iştirak edirdi.

Bir neçə gün sonra “Bakı” qəzetində dərc edilən “Meşənin dənizlə qovuşduğu yerdə” adlı məqaləm foto ilə verilmişdi. Yaşar Xəlilovun çəkdiyi şəkillə. Beləcə, əməkdaşlığımız və dostluğumuz başlandı. Baxmayaraq ki, aramızda böyük yaş fərqi vardı, Yaşar müəllim səmimiyyəti, mehribanlığı ilə ünsiyyətimizdə maneəyə çevrilə biləcək bu məsafəni ilk təmas dəqiqələrindən yox etməyi bacarmışdı.

İndi 1972-ci ildən 46 il ötür. Bu illər ərzində həyatımın ən doğma, ən əziz adamlarının demək olar ki, əksərini itirmişəm. Yaşar Xəlilov mənim üçün həm də ömrümün o qayıtmaz illərinin canlı bir parçası demək idi. Ona görə bu ayrılıq qəlbimi ikiqat sıyırır!..

Son görüşümüzdə də səhhətindən ciddi gileylənməmişdi. Bircə son vaxtlar qan təzyiqinin ara-sıra onu narahat etməsini söyləmişdi. Təsəlli vermişdim ki, yəqin bu, tez-tez dəyişən havalarla bağlıdır...

...Azərbaycan milli foto sənətinin tarixində Yaşar Xəlilovun adı ayrıca bir mərhələdir. Foto tariximiz yazılarkən onun müstəsna əməklərinin üstündən heç vaxt sükutla keçilməyəcək. Çünki Yaşarın əsərlərində də sükut yoxdur. Ondan bizə yadigar qalan istənilən fotonu götürün. Hamısında xüsusi bir dinamika, sürət, qaynayan həyat, canatma var.

Yaşar fotoqraflığa idman fotoreportyoru kimi başlamışdı. İdmanı həyatının axırınadək də qəlbən sevdi, gəncliyindən fəal sənətdə olduğu axır illərədək idman istiqaməti yaradıcılığında sabit yerini qorudu.

Təsadüfi deyildi ki, ona sovet dövründə hər idman jurnalisti və fotoqrafına nəsib olmayan bir nadir rekorda imza atmaq da nəsib olmuşdu. Yaşar Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) müxbir qrupunun tərkibində 5 Olimpiya Oyunlarında - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul olimpiadalarında çəkilişlər aparmışdı, hər biri ilə fəxr etdiyi bir-birindən dəyərli fotolar qalereyası yarada bilmişdi.

Yaşar Xəlilovu 1950-1980-ci illərin məşhur Azərbaycan fotoqraflarının əksərindən fərqləndirən başlıca məziyyətlərdən biri onun universallığı idi. O həm uşaqları çəkirdi, həm ən ali siyasi tədbirləri, həm idman yarışlarını, həm ədəbi, mədəni, elmi həyatın seçilmişlərini.

Əlbəttə, Azərbaycanın baş informasiya agentliyinin - AZƏRTAC-ın fotomüxbiri olması bir tərəfdən elə universal olmağı tələb edirdi. Lakin onunla yanaşı başqaları da vardı axı! Yaşar onların hamısından seçilirdi.

Yəni Heydər Əliyev kimi dövlətçilik nəhəngi, fotonu sevən və bilən, hər kadrı həssaslıqla duyan, son dərəcə tələbkar bir şəxsiyyət Yaşar Xəlilovu bəyənirdisə, ölkə daxilində və xarici səfərlərdə onu öz yanında görməyi arzulayırdısa, bu qiymətdir, göstəricidir.

Yeni müstəqillik dönəmində Heydər Əliyevin xarici ölkələrə səfərlərində Yaşar Xəlilov usanmadan işləyərdi, artıq yaşının az olmamasına baxmayaraq bir idmançı qıvraqlığı ilə hərəkət edərdi.

Dövlətin bir nömrəli şəxsinin fotoqrafı olmaq, sadə məsələ deyil.

Mən o səfərlərin xeylisində bütün bunları ən yaxın məsafədən müşahidə etmək imkanına malik olmuşam. Dalbadal neçə mühüm görüş keçirilərdi. Qayda budur ki, fotoqraf görüşün keçiriləcəyi yerə hər dəfə hamıdan əvvəl yetişməli, sonra da həmin görüş bitincə digər görüşün baş tutacağı məkana hamıdan əvvəl çata bilmək üçün sadəcə sürətlə addımlamalı, çox zaman qaçmalı idi.

Xatırlayıram, 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının 50 illiyi bayram edilərkən Azərbaycan Prezidentini görüş otağına daxil olub salamlaşarkən lentə ala bilmək üçün liftə bel bağlamayaraq mərtəbələr arasındakı yolu pillələri 3-3, 4-4 adlayaraq irəli şığıyan fədakar Yaşar Xəlilovu!

Tükü-tükdən seçən, hər incəliyi sezən unudulmaz Heydər Əliyev bunları görürdü, belə iş tərzindən məmnun idi, çünki işdə fədakarlıq onun özünün də ən ali keyfiyyətlərindən biri idi.

...Xarici səfərlərə yola düşərkən mən çox zaman hava limanına Yaşar müəllimlə gedib onunla da qayıdardım. Çünki o, aeroporta öz maşını ilə gələr və dayanacaqda saxlardı. Təyyarədən enən kimi də dərhal öz maşınına oturub birbaşa ... evinə yox, laboratoriyaya yollanardı ki, mühüm siyasi səfərə aid fotoların əks olunduğu lentləri aşkarlasın, fotoları çap etsin.

İndi hər şey asanlaşıb. Dünyanın istənilən nöqtəsindən istənilən fotonu internet qanadında göndərirsən, saniyələr ötməmiş lap qəzetin səhifəsinə qoyula bilir.

Yaşarın sənətdə, jurnalistikada olduğu günlərdə isə bunlar əlçatmaz arzu, fantastika idi.

Texniki məhdudiyyətlərin əngəllədiyi operativliyi Yaşar Xəlilov kimi peşəsinə qəlbən vurğun, yüksək peşəkarlar məhz işə fədakarcasına can yandırmaqla yarada bilirdilər.

...İdman və siyasət fotoqraflığı, ilk növbədə, operativlik və dinamizm deməkdir. Başqa sözlə, sənin bədii kadrlar qurmaq və tutmaq imkanın məhduddur. Bəzən heç ürəyin istəyən kimi babat bir nöqtə taparaq şəkil çəkmək imkanın belə olmur. Amma mütləq çəkməlisən və nəticəni də təcili ortaya qoymalısan.

Yaşarın yüksək peşəkarlığının bir sübutu da budur ki, ona ən dar macalda, iki daş arasında olanda belə bədii, təsirli, effektli anları əbədiləşdirmək xoşbəxtliyi də nəsib olub. Və bu yerdə “xoşbəxtlik” sözünü elə gəlişi gözəl təşbeh kimi qəbul etməyin.

Əsl sənətkar üçün xoşbəxtlik üzdən xırda görünən, amma fəlsəfəsi dərin olan belə ayrıntıların qovuşmasından yaranır.

...Yaşar Xəlilovu mənim nəzərimdə ucaldan və tarixi yükü olan bir ayrı cəhət də odur ki, bu qiymətli Azərbaycan sənətkarı XX əsrin sovet dönəmində onillər boyu foto mühitimizdə sözü keçən, nüfuzu yüksək olan, arxalı, əhatəsi geniş və soyadları bizdən olmayanların arasında bütün qısqanclıqlara, kəskin rəqabətə, müqavimətlərə rəğmən inadla və büdrəmədən irəliləməyi, özünü təsdiq etməyi, parlamağı, uğurlar qazana-qazana ən birincilər sırasında yer almağı bacarmışdı.

Mətbuatın gücünü həssaslıqla duyan və böyük siyasətində həmin gücdən ustalıqla yararlanan Ulu Öndərlə səfərlərdə adətən sabit jurnalist dəstəsi olardı.

İndi yaddaşımda fotolar sayrışır. Yalnız Yaşarın çəkdikləri yox, həmin səfərlər əsnasında başqalarının çəkdiyi və Yaşarla birlikdə olan fotolarımız. Amerikada, Fransada, İngiltərədə, İranda, Mərakeşdə...

O fotolardan bir neçəsində üçümüz birgəyik. İndi AZƏRTAC-a uğurla, ləyaqətlə, yüksək peşəkarlıqla rəhbərlik edən dostum Aslan Aslanov, əziz Yaşarımız və mən.

Yaşar üçün AZƏRTAC doğma bir ünvan idi.

Və mən arzulayıram ki, dövlət arxivlərini, Yaşarın şəxsi arxivini, elə mənim kimi dost-tanışın arxivlərini araşdıraq. Yaşar Xəlilovun seçmə əsərlərindən ibarət bir kitab hazırlayaq. Bu həm onun öz ömrünün tarixçəsi olacaq, həm də istedadlı fotojurnalist Yaşar Xəlilovun içərisindən keçib gəldiyi onillərin qoynundakı Azərbaycanın tarixi.

Ömür bitdi...

Daha heç vaxt əziz Yaşara sevimli Bakısına, Azərbaycana, ona məhrəm olanlara, bu işıqlı dünyaya gülümsər gözləri ilə baxmaq qismət olmayacaq.

Amma o elə bir irs yadigar qoyub gedib ki, bundan sonra çox-çox onillər, bəlkə də yüzillər boyu biz yurdumuza və onun tarixində qalan insanlara Yaşar Xəlilovun gözləri ilə baxmalı olacağıq.

Gözlər baxırsa, demək yaşayır!

Həmişə yaşayacaq Yaşarın adını ata-anası elə əvvəldən düz qoyubmuş!

Rafael Hüseynov

Milli Məclisin deputatı, akademik

28 iyun, 2018-ci il, Strasburq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq