ELM VƏ TƏHSİL


Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə

Bakı, 2 avqust, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Sənəd qəbulunda Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Təhsil Nazirliyinin saytında yerləşdirilib. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.

Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.