ERMƏNİLƏR AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ EKOLOJİ TERROR TÖRƏTMƏKDƏ DAVAM EDİRLƏR
Bakı, 23 avqust (AZƏRTAC). Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində məqsədyönlü şəkildə ekoloji terror törətməkdə davam edirlər. Bu istiqamətdə monitorinq aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Operativ Mərkəzi yanğın faktlarının əvvəlki illərə nisbətən bu il artığını qeydə almışdır.
Ermənilər Ağdamın Nəmirli, Soltanlı, Şurabad kəndlərində 300 hektara yaxın ərazini və Tərtərin bir neçə kəndində 1200 hektar ərazini yandırmışlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Operativ Mərkəzinin məlumatına əsasən, ümumilikdə hər iki rayonunun ətraf mühitinə 2 milyon manat məbləğində maddi ziyan dəymişdir.
Nazirliyin şöbə müdiri Möhübbət Qurbanov bildirmişdir ki, yerli məntəqələrdə olan əməkdaşlar vaxtaşırı Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinin yaxınlığında olur, hər hansı bir məlumat əldə etdikdə onu araşdırmağa çalışırlar.
Azərbaycan hökuməti tərəfindən yanğının nəticələri ilə bağlı cari ilin sonunda da beynəlxalq qurumlara, KİV-lərə ətraflı məlumat veriləcəkdir.
Xatırladaq ki, ermənilər ilk dəfə 2006-cı ildə Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yanğınlar törətmişlər. Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara müraciətindən sonra ATƏT və BMT-nin nümayəndələrindən ibarət komissiya bu ərazilərdə montorinq aparmışdır. Monitorinq nəticəsində Azərbaycan tərəfinin göstərdiyi faktlar sübut olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2026 [19:35]
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.07.2026 [12:40]
Sabah hava əsasən yağmursuz olacaq VİDEO
- 30.06.2026 [13:14]
İyulun ilk günü hava necə olacaq? - PROQNOZ
- 29.06.2026 [17:14]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 29.06.2026 [16:51]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 29.06.2026 [16:43]
İyul ayına olan hava proqnozu açıqlanıb
- 29.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaqVİDEO
İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib
- 01.07.2026 [23:32]
Azərbaycan atletləri Qosanov Memorialını dörd medalla başa vurublar
- 01.07.2026 [22:44]
“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib
- 01.07.2026 [22:32]
DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb
- 01.07.2026 [22:10]
"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb
- 01.07.2026 [21:42]
Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib
- 01.07.2026 [21:36]
Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb
- 01.07.2026 [21:20]
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
- 01.07.2026 [20:49]
Azərbaycanın U-17 millisi Tacikistan yığmasına qalib gəlib
- 01.07.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 01.07.2026 [20:00]
Çin dili kursunu başa vuran məzunlara sertifikatlar təqdim olunub
- 01.07.2026 [19:52]
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.07.2026 [19:35]