ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondu: Beynəlxalq qrant müsabiqəsinə elmi-tədqiqat layihələri qəbul olunur

Elmin İnkişafı Fondu: Beynəlxalq qrant müsabiqəsinə elmi-tədqiqat layihələri qəbul olunur

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərinin elmi-tədqiqat layihələri qəbul olunur.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihələrin qəbulu noyabrın 5-dək davam edəcək. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarları barədə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) yerləşdirilib. Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.