SİYASƏT


Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək

Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan
şirkəti beynəlxalq məhkəməyə verəcək

Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Ermənistanda Zəngəzur mis-molibden kombinatını Almaniyanın "CRONİMET Holding" şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirildiyini bildirən F.Şəfiyev qeyd edib: “Mən özüm də Avropada, Almaniyada işləmişəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Azərbaycan yaxın vaxtlarda həmin alman şirkətini beynəlxalq məhkəməyə verəcək, siz bunun şahidi olacaqsınız”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.