SİYASƏT


Florida ştatının üç şəhərində 28 may tarixi “Azərbaycan Respublikası Günü” elan edilib

Bakı, 4 may, AZƏRTAC

ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şahərlərində 28 may tarixi “Azərbaycanın Respublika Günü” elan edilib.

AZƏRTAC xəbər verir ki, Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhərinin meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse “Pepe” Dias və mer Daniella Levin Kava bununla bağlı bəyannamə imzalayıblar.

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub.

İmzalanan sənədlərdə, həmçinin burada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülh və firavanlığa töhfə verdikləri qeyd edilib.

Bundan əlavə, bəyannamələrdə 2006-cı il oktyabrın 26-da yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu vurğulanıb.

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Bu qərarların qəbulu Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.