“Göy Qurşağı” uşaq jurnalının növbəti buraxılışı virtual oxuculara təqdim edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Respublika Uşaq Kitabxanasının təsis etdiyi uşaq və yeniyetmələr üçün “Göy Qurşağı” jurnalının 71-ci buraxılışı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, 32 səhifədən ibarət jurnalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqında tarixi, eyni zamanda, maraqlı məlumatlar verilib.
Jurnalın ilk səhifələri Respublika Uşaq Kitabxanasının vətənpərvərlik mövzusunda həyata keçirdiyi “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub aksiyasında iştirak edən uşaqların yazdıqları məktublarla başlayır. Aksiya çərçivəsində kitabxananın elektron poçt ünvanına minə yaxın məktub daxil olmuşdu. Onlardan bir neçəsi jurnalda öz əksini tapıb.
Jurnalda cənnətməkan Qarabağ bölgəsinə aid xalçalar, axan çaylar, sülh və məhəbbət çiçəyi sayılan Xarıbülbül eləcə də, Ağdam bölgəsinə məxsus tarixi-mədəni abidələr haqqında məlumatlarla yanaşı, Səməd Vurğun, Məmməd Araz, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Solmaz Amanova, Mina Rəşid və Gülzar İbrahimovanın hərbi-vətənpərvərlik mövzusunda qələmə aldıqları şeir və hekayələri də yer alıb.
Yeni kitablar rubrikasında isə hərb və vətənpərvərlik mövzusunda yazılmış əsərlərin annotasiyaları verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]