Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

Hikmət Hacıyev: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edir. Ölkəmiz bu quruma 2011-ci ildə üzv olmasına baxmayaraq, az müddət ərzində böyük hörmət və nüfuz qazana bilib. Məhz bu səbəbdən 2018-ci ildə üzv dövlətlərin yekdil rəyi ilə XVIII Zirvə Görüşünün ölkəmizdə keçirilməsinə qərar verilib. Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Azərbaycana etimad göstərərək 2019-2022-ci illərdə də təşkilata sədrliyi Azərbaycana həvalə ediblər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün proqramına uyğun olaraq Venesuela Prezidenti sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhvil verdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədrliyi missiyasını yerinə yetirərək Azərbaycan Respublikasının mövqeyini əks etdirən geniş və məzmunlu nitq söylədi. Prezident öz nitqində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyində prioritetləri və bu hərəkat çərçivəsində əməkdaşlıq, həmçinin ölkəmizin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə rolundan danışdı, Bandunq Prinsiplərinin Azərbaycanın Hərəkata sədrliyinin əsas təməl prinsiplərini təşkil edəcəyini vurğuladı.

“Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Dövlətimizin başçısı vurğuladı ki, məhz bu prinsiplər Azərbaycan Respublikasının məramının özəyini təşkil edir və ölkəmizin xarici siyasətini əks etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə məhz bu məqsədləri, məramları təşviq edir. Ona görə də ölkəmiz quruma sədrliyi dövründə Bandunq Prinsiplərinin təşviq edilərək güclənməsinə səy göstərəcək. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin konkret mövqeyini, Azərbaycanın uğurlu inkişaf modelini faktlar və rəqəmlərlə auditoriyanın diqqətinə çatdırdı. Dövlətimizin başçısı öz nitqində ölkəmizin ərazi bütövlüyünün pozulması, Ermənistanın gücdən istifadə edərək ərazilərimizi işğal altında saxlaması, Xocalı soyqırımı, mülki Azərbaycan əhalisinə qarşı törədilən etnik təmizləmə və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyini dəstəkləməsi barədə faktları diqqətə çatdırdı. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğuladı ki, beynəlxalq ictimaiyyət deyəndə bir qrup ölkə və ya dövlətdən söhbət getmir. Beynəlxalq ictimaiyyət elə Qoşulmama Hərəkatının özü deməkdir. Dünyanın 120 dövlətinin nümayəndəsi burada iştirak edir və ümumilikdə 2300-dən çox qonaq var. Bakı Zirvə Görüşündə çoxsaylı ölkələrin dövlət başçıları və digər yüksək vəzifəli şəxslər iştirak edir və öz ölkələrinin problemlərini ortaya qoyurlar. Bütün bunlar onu göstərir ki, beynəlxalq ictimaiyyətin mövqeyinin hərtərəfli şəkildə dinlənilməsi və Hərəkata üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin inkişaf etdirilməsinə xüsusi ehtiyac var”, - deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Sammitdə Qoşulmama Hərəkatı və BMT-nin gündəliyində olan məsələlərin bir-biri ilə sinxronluq təşkil etdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün xarakterik xüsusiyyətlərindən biri də Azərbaycanın uğurlu gənclər siyasətindən çıxış edərək ilk dəfə bu Hərəkat çərçivəsində Gənclər Sammitinə ev sahibliyi etməsidir. Azərbaycan təşkilata sədrliyi dövründə gənclər siyasətinə xüsusi önəm verəcək. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkəmiz üzv olduğu digər beynəlxalq və regional təşkilatların Qoşulmama Hərəkatı ilə əməkdaşlığının möhkəmləndirilməsində öz töhfəsini əsirgəməyəcək. Azərbaycan Respublikası sivilizasiyalar və mədəniyyətlərarası dialoqda fəal iştirak edən dövlətdir. Onun sədrliyi dövründə bu məramlar da diqqətdə saxlanılacaq.

“Sammitin sonunda mühüm sənəd imzalanacaq ki, burada Bakı görüşünün nəticələri öz əksini tapacaq. Bu, Zirvə Görüşünün konkret məqsədə, məramlara xidmət etməsini göstərən yekun sənəd olacaq. Burada beynəlxalq ictimaiyyəti və Azərbaycanı narahat edən məsələlər öz əksini tapacaq. Yekunda dörd sənəd qəbul ediləcək. Azərbaycan sədrlik funksiyasını yerinə yetirərək kompromislər əsasında konsesusun tapılması, toplantıda aparılan müzakirələrin sənədlərə daşınmasına öz töhfəsini verəcək. İlk növbədə, söhbət Bakı Bəyannaməsindən gedir. Bu, yığcam sənəddə prioritetlər öz əksini tapacaq. İkinci sənəd Bakı Zirvə toplantısının nəticələrini ehtiva edir. Fələstinlə bağlı ayrıca sənəd qəbul ediləcək. Təşkilatda məhz Fələstin problemi ilə bağlı xüsusi komitə fəaliyyət göstərir. Müzakirələrin yekununda daha bir sənəd imzalanacaq. Belə ki, Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət, o cümlədən Sammitdə iştirak edən müşahidəçi dövlətlər, beynəlxalq təşkilatlar, xüsusi qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə, eləcə də 2019-2022-ci illərdə təsisata sədrlik kimi məsuliyyətli funksiyanı öz üzərinə götürdüyünə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür sənədi imzalayacaq. Yekunda dörd əsas sənədin qəbul olunması Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün səmərəliliyindən xəbər verir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

O, həmçinin əlavə edib ki, sammitin başa çatması təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövrün başlaması deməkdir. Çünki Qoşulmama Hərəkatına sədrlik böyük siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. 2019-2022-ci illərdə bu çərçivədə müzakirə olunan prioritet məsələlərin həlli üçün bacarıqlar ortaya qoyulacaq. Əminik ki, Azərbaycan Respublikası dövlətimizin başçısının rəhbərliyi ilə xüsusi diplomatik bacarıq və məharət nümayiş etdirərək bu missiyanın da öhdəsindən layiqincə gələcək və Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 122 dollara satılır

Alimlər Arktikada üç fərqli iqlim zonasının olduğunu müəyyənləşdiriblər

Milli Məclisdə yeni ombudsmanın seçilməsi məsələsi müzakirəyə çıxarılıb

Qlobal təcrübələr əsasında dinlərarası anlaşmanın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər