Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev: MDBMİ-nin rektoru olmaq böyük missiyadır

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə “MGIMO Journal”a müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olmuş İlham Heydər oğlu Əliyev Anatoli Vasilyeviç Torkunovun yolunu 10 il fərqlə təkrar edib. Belə ki, gələcək rektor 1972-ci ildə, Azərbaycan dövlətinin gələcək rəhbəri isə 1982-ci ildə Beynəlxalq münasibətlər fakültəsini bitirib və aspirant olub. Hər ikisi perspektivli gənc alimlər, müəllimlər olub, sonra isə onların trayektoriyaları ayrılıb. Lakin onlar həmişə bir-birini diqqət mərkəzində saxlayıb, illər keçdikdən sonra səmərəli əməkdaşlıq yaranıb, bu əməkdaşlıq 2013-cü ildə Bakıda MDBMİ məzunlarının Birinci Beynəlxalq Forumunun keçirilməsində və digər təşəbbüslərdə ifadə olunub.

Prezident İlham Əliyev: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəinki Rusiyada, hətta dünyada dərin və möhkəm ənənələrə malik olan aparıcı ali məktəblərdən biridir. Uzun illərdir ki, bu ali məktəbə Anatoli Vasilyeviç Torkunov rəhbərlik edir. Bu ali məktəbin yüksək ixtisaslı diplomat kadrların hazırlanması üzrə nüfuzlu mərkəzlərdən biri kimi təşəkkülündə və inkişafında onun xidmətləri danılmazdır.

Anatoli Vasilyeviç bu nüfuzlu ali məktəbin müəllimindən rektoruna qədər böyük həyat yolu keçib. O, MDBMİ-nin rəhbəri vəzifəsində bu ali məktəbin ən yaxşı ənənələrini qoruyub saxlamaq və artırmaqla bərabər, dünya təhsil məkanında onun mövqelərinin möhkəmlənməsinə və rəqabət qabiliyyətinin təmin edilməsinə böyük töhfə verib. Bu gün MDBMİ çox cəhətdən onun səyləri sayəsində dünya səviyyəli brend sayılır.

Anatoli Vasilyeviç Torkunovu təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da məşhur ictimai xadim və alim kimi tanıyırlar. Biz Anatoli Vasilyeviç ilə dəfələrlə görüşmüşük və deyə bilərəm ki, o, dərin erudisiyalı, hərtərəfli biliklərə malik insan, maraqlı yeni ideyalar yaradan peşəkardır.

Mənim həyatımın təqribən 15 ili MDBMİ ilə bağlı olub: təhsil, sonra aspirantura, müəllimlik işi. Bu, unudulmaz gənclik, formalaşma illəri idi. MDBMİ-də aldığım biliklər bu gün də fəaliyyətimdə mənə kömək edir.

Bizim ali məktəbin məzunlarının bir neçə il bundan əvvəl Bakıda Birinci Forumunun keçirilməsinin təşəbbüskarı mən olmuşam. Mən həm də MDBMİ-nin 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm.

Anatoli Vasilyeviç ilə bizim həyat yollarımız çox cəhətdən oxşardır: o da, mən də bu ali məktəbi bitirmişik, aspiranturaya daxil olmuşuq, orada dərs demişik. Taleyin qismətindən mən MDBMİ-dən getməli oldum, Anatoli Vasilyeviç isə öz həyatını almamater ilə bağladı.

Çətin dövrdə MDBMİ-yə rəhbərlik etmiş Anatoli Vasilyeviç Torkunovun üzərinə onun sələfləri tərəfindən yaradılmış ən yaxşı nə varsa, hamısını qoruyub saxlamaq, bu sərvətin itirilməsinə imkan verməmək və belə bir təməl üzərində dünyanın ən yaxşı ali məktəblərindən birini, ən iri elm və təhsil mərkəzini formalaşdırmaq missiyası düşüb.

MJ: Bu gün Siz Azərbaycan dövlətinin rəhbəri, Anatoli Vasilyeviç isə bizim almamaterin rektorudur. Onunla Sizi birləşdirən çox mühüm bir amil var - böyük missiya. Siz 1993-cü ildə ölkəni qəbul etmiş, onu qoruyub saxlamış və Azərbaycanı müasir dinamik dövlətə çevirmiş atanız, möhtərəm Heydər Əliyevin işini davam etdirdiniz. Anatoli Vasilyeviç 1993-cü ildə MDBMİ-yə rəhbərliyi öz üzərinə götürdü, onu mürəkkəb dövrün bəlalarından qorudu, bu ali məktəbin brendini bərpa etdi və möhkəmlətdi, onu nadir təhsil keyfiyyətlərinə malik olan universitetə çevirdi. Xahiş edirəm, bu barədə öz fikirlərinizi bölüşün.

Prezident İlham Əliyev: Bu gün ölkəmizdə Heydər Əliyevin siyasəti davam etdirilir. Bu siyasətin sayəsində Azərbaycan müstəqil dövlət kimi formalaşıb, dünya xəritəsində layiqli yer tutub, ölkədə ictimai-siyasi sabitlik bərqərar olub, genişmiqyaslı dəyişikliklər üçün möhkəm baza yaradılıb, milyardlarla xarici investisiya cəlb olunub, daxili və xarici siyasətin əsas istiqamətləri müəyyən edilib. İndi Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir.

Mən fəxr edirəm ki, Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazanıb. Bunu o da sübut edir ki, bizim ölkəmiz dünyanın 155 dövlətinin dəstəyi ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Qoşulmama Hərəkatının üzvləri olan bütün 120 ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük bu beynəlxalq qurumun sədri seçilib. Ötən ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib. Həmin ilin payızında ölkəmiz həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi qəbul edib. Biz dünya birliyinin məsuliyyətli üzvü kimi beynəlxalq təşkilatlarda sədrlik məsələsinə formal yanaşmırıq, çalışırıq ki, bu sədrlik səmərəli olsun və üzv ölkələrə xeyir gətirsin. Məsələn, dünya koronavirus pandemiyası ilə üzləşdiyi dövrdə mənim təşəbbüsümlə Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirilib. Bu görüşlərdə təhlükəli virusa qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan ölkələr adından BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130-dan çox dövlət dəstəklədi.

Pandemiya dövründə biz beynəlxalq həmrəylik nümayiş etdirərək 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü ianə vermişik.

Bu gün Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmiz Avropa ilə Asiya arasında həm coğrafi, həm mədəni, həm də siyasi körpüdür. Biz, eyni zamanda, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan nadir ölkələrdən biriyik. 2008-ci ildə biz Avropa Şurasının üzvü olan ölkələrin Mədəniyyət nazirlərinin Bakıda keçirilən iclasına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. Sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının iştirakçısı olan ölkələrin Mədəniyyət nazirlərinin iclasına Avropa Şurasının üzvü olan ölkələrin Mədəniyyət nazirləri dəvət edildi. Beləliklə, bizim “Bakı Prosesi” adlı, dinlərarası və mədəniyyətlərarası dialoq prinsiplərinə əsaslanan təşəbbüsümüz yarandı. Bu illər ərzində “Bakı Prosesi” milliyyəti, mədəniyyəti, dini etiqadı müxtəlif olan insanlar arasında fikir mübadiləsi üçün səmərəli platforma imici qazanıb.

“Bakı Prosesi” BMT və dünyanın digər aparıcı təşkilatları tərəfindən dəstəklənir.

MJ: Anatoli Vasilyeviç Beynəlxalq münasibətlər fakültəsinin dekanı, prorektor vəzifələrində işlədiyi vaxt yəqin ki, Siz müəllim kimi onunla dəfələrlə ünsiyyətdə olmusunuz. Necə deyərlər, qeyri-adi, istedadlı bir administratorun formalaşmasının şahidi olmusunuz. Bu barədə bir səciyyəvi əhvalat danışa bilərsinizmi?

Prezident İlham Əliyev: Bir müddət Anatoli Vasilyeviç ilə eyni kafedrada işləmişik. Buna görə də onu çoxdan tanıyıram. Diplomat, alim, rəhbər kimi yüksək peşəkar keyfiyyətlərə malik olan Anatoli Vasilyeviç həmişə çox səmimi, xeyirxah, ünsiyyətdə xoş təsir bağışlayan bir insan idi, bu gün də eləcə qalır. Bilirəm ki, kollektiv onu dəstəkləyir, tələbələr ona hörmət edir və sevirlər. Belə olmasaydı, o, bu qədər uzun müddət MDBMİ-yə rəhbərlik edə bilməzdi. Anatoli Vasilyeviçi həm də ona görə qiymətləndirirəm ki, o, qondarma yenidənqurma dövründə qara yaxılan, mənəvi terrora məruz qalan ali məktəbimizin şanlı ənənələrini bərpa edib. Təəssüf ki, mənim oxuduğum və müəllimlik etməyə başladığım dövrdə rektor olmuş, həmişə, bu gün də böyük hörmət bəslədiyim Nikolay İvanoviç Lebedevdən sonra və Anatoli Vasilyeviç Torkunova qədər bizim ali məktəbə rəhbərlik etmiş insanlar MDBMİ-ni ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində cərəyan edən mənfi proseslərin təsirindən qoruya bilmədilər. 1992-ci ildən bu instituta başçılıq edən Anatoli Vasilyeviç bu gün dünyanın aparıcı ali məktəblərindən biri olan MDBMİ-nin imicini bərpa etdi və möhkəmlətdi.

Səciyyəvi əhvalat məsələsinə gəldikdə isə demək istəyirəm ki, 1990-cı illərin lap əvvəlində oxuduğum, aspiranturanı bitirdiyim və 15 ilə yaxın işlədiyim institutdan getməyə məcbur oldum. Səbəb bu idi ki, SSRİ-nin ovaxtkı rəhbərliyinin yanlış daxili və xarici siyasət kursuna qarşı prinsipial mövqe tutan atam Heydər Əliyev az qala xalq düşməni hesab edilirdi. O, təqiblərə məruz qalır, sovet mətbuatında ona qarşı şəxsən Sov.İKP MK-nın baş katibi tərəfindən qızışdırılan kəskin qarayaxma və böhtan kampaniyası aparılırdı. MDBMİ-nin rəhbərliyi mənə bildirdi ki, Heydər Əliyevin oğlu siyasi səbəblər üzündən bu ali məktəbdə dərs deyə bilməz. Mənim üçün çox çətin olan həmin dövrdə Anatoli Vasilyeviç mənə həmişə mənəvi dəstək göstərirdi. Əminəm ki, əgər həmin vaxt rektor o olsaydı, mənim getməyimə yol verməzdi. Onda mənim taleyim başqa cür olardı. Lakin necə deyərlər, nə olursa, yaxşılığa doğrudur.

MJ: Siz bizim jurnala verdiyiniz müsahibələrin birində demisiniz: “MDBMİ-nin yubileyi bizim ailənin də bayramıdır”. Yəqin onu nəzərdə tuturdunuz ki, qızınız Leyla da bizim universiteti bitirib. Anatoli Vasilyeviç də belə deyə bilər. Onun qızı Yekaterina MDBMİ-ni bitirib və bu ali məktəbin kafedralarından birində işləyir. MDBMİ-nin məzunlarının çoxu da belə deyə bilər! Sizə elə gəlmirmi ki, sözün yaxşı mənasında, bu ailə ənənələri ən mühüm dəyərlərdən biridir və onların sayəsində MDBMİ yubileydən-yubileyə daha qüdrətli və dinamik ali məktəbə çevrilir?

Prezident İlham Əliyev: Bizim həyat yollarımızın daha bir kəsişməsini düzgün qeyd etdiniz. Bəli, mənim qızım Leyla Əliyeva da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, MDBMİ-nin Azərbaycan Klubunun prezidenti olub və Azərbaycanlı Məzunlar Şurasının sədridir. Hazırda Leyla həm də Moskvada rus dilində nəşr edilən “Baku” jurnalına rəhbərlik edir. Bu jurnal oxucuları Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri ilə tanış edir. Leyla Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Leyla Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, rus dilinin və mədəniyyətinin qorunub saxlanmasına və xaricdə populyarlaşdırılmasına verdiyi töhfəyə görə 2015-ci ildə “Puşkin” ordeni ilə təltif edilib. Yüksək mükafatı ona şəxsən Vladimir Vladimiroviç Putin təqdim edib.

Leylanın vitse-prezident olduğu Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima knyaz Vladimirə abidə qoyulub. Heydər Əliyev Fondu tərəfindən Rusiyanın bu regionunda reallaşdırılmış layihələrə görə Leyla “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Elə həmin 2013-cü ildə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı ilə Leyla III dərəcəli “Müqəddəs Mələksima knyaginya Olqa” ordeninə layiq görülüb.

Bilirəm ki, Anatoli Vasilyeviç Torkunovun qızı Yekaterina da bu ali məktəbi bitirib və siz dediyiniz kimi, hazırda MDBMİ-nin kafedralarından birində işləyir. Yəqin MDBMİ tarixində belə nümunələr az deyil ki, uşaqlar qəlblərinin istəyi ilə vaxtilə onların valideynlərinin bitirdiyi ali məktəbi seçirlər. Hesab edirəm ki, belə varisliyin olması çox gözəldir.

MJ: Anatoli Vasilyeviçin 70 yaşı tamam olur, MDBMİ-nin isə 75 yaşı yaxın vaxtlarda tamam olub. Bununla əlaqədar bizim ümumi böyük yubiley kontekstində ona nə arzu edərdiniz?

Prezident İlham Əliyev: Mən ona möhkəm cansağlığı, bütün işlərində və təşəbbüslərində uğurlar, tükənməz enerji, ailə xoşbəxtliyi arzu etmək istərdim. Bu yaxınlarda 75 illiyini qeyd etmiş MDBMİ-yə isə yeni nailiyyətlər diləyirəm. İnanıram ki, MDBMİ Anatoli Vasilyeviçin rəhbərliyi ilə tanınmış fundamental təhsil mərkəzi və dünya səviyyəli diplomatik kadrların yetişdirildiyi ali məktəb kimi qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır