İlon Mask dünyanın ən varlı insanlarının beşliyindəki yerini itirib
Bakı, 9 sentyabr, AZƏRTAC
“Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Mask sutka ərzində 16,3 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanlarının siyahısında ilk beşlikdən kənarda qalıb.
AZƏRTAC bu barədə “Bloomberg” kompaniyasının tərtib etdiyi “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadla xəbər verir. Hazırda varidatı 82,2 milyard dollar təşkil edən İlon Mask reytinqin 6-cı pilləsində yer alır.
Agentliyin məlumatına görə, bu, BBI tarixində ən böyük birgünlük itki olub. Milyarderin varidatının kəskin azalması “Tesla” səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Bu ərəfədə səhmlər qiymətinin 21,06 faizini itirərək 330,21 dollara qədər ucuzlaşıb. Hələ sentyabr ayında kompaniyanın qiymətli kağızı 498 dollardan baha idi.
Hazırda BBI versiyasına görə dünyanın ən varlı insanları siyahısına “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir - 186 milyard dollar. İkinci yeri kapitalı 121 milyard dollar həcmində qiymətləndirilən “Microsoft” kompaniyasının banisi Bill Qeyts tutur. “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 103 milyard dollarlıq varidatla üçüncü, “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernar Arno isə 85,5 milyard dollarlıq sərvətlə dördüncü pillədə qərarlaşıb. İlk beşliyi 82,4 milyard dollar kapitala malik sərmayəçi Uorren Baffet tamamlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [20:20]
Türkiyədəki əcnəbilərin demək olar yarısı İstanbulda və Antalyada yaşayır
- 13.02.2026 [19:22]
Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb
- 13.02.2026 [17:43]
Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib
- 13.02.2026 [17:41]
Çexiyada illik inflyasiya səviyyəsi son 10 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.02.2026 [16:58]