İDMAN


İspaniya La Liqası: “Real Madrid” “Atletik Bilbao” klubunun qapısından üç cavabsız top keçirib

Bakı, 20 aprel, Nicat Məmmədov, AZƏRTAC

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletik Bilbao"ya qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletiko"sundan geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.