İyulda Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, iyulun 16-17-də Bakıda 25 İslam ölkəsinin iştirakı ilə ilk Dünya İslam Kulinariya Konqresi keçiriləcək. Konqres çərçivəsində Azərbaycan şirkətlərinin qida, avadanlıq və sair sektorları üzrə sərgisi təşkil ediləcək. Sahibkarlar sərgidə iştiraka dəvət olunurlar.