Keçən il rabitə xidmətlərinin dəyəri 9,3 faiz artıb
Bakı, 21 yanvar, AZƏRTAC
2018-ci il ərzində informasiya və rabitə müəssisələri 1 milyard 881,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82 faizi qeyri-dövlət sektorunun payına düşüb.