Azərbaycan Dövlət İnformasiya Agentliyi

Legioner xəstəliyi öz mənbəyini su hövzələrindən götürür

Legioner xəstəliyi öz mənbəyini su hövzələrindən götürür

Bakı, 6 dekabr, AZƏRTAC

"Legioner xəstəliyi və ya legionellyoz ağır infeksion xəstəlik olub, intoksikasiya, tənəffüs, sidik-ifrazat və mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur,"- deyə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Qasımova AZƏRTAC-ın müxbirinə legioner xəstəliyi haqqında söhbət açır: "İnfeksiyanın əlamətləri bakteriyanın ifraz etdiyi endotoksin və çox güclü ekzotoksinlə əlaqədardır. Ətraf mühitə qarşı olduqca davamlı bakteriyalar olan legionellalar 4-25 dərəcə S-də temperaturlu suyun içərisində 4-5 ay qalır. İnfeksiyanın rezervuarı və mənbəyi durğun və şirin su hövzələrdir. Legionellalar ibtidailərin, əksər hallarda amöblərin orqanizminə daxil olaraq özlərini suyun tərkibində olan xlorun təsirindən qoruyur və 35-40 dərəcə S-də çoxalır. Olduqca yüksək uyğunlaşma qabiliyyətinə malik olduğuna görə soyuducu sistemləri, kompressorları, duz kabinələrini, hovuzları, balneoterapiya və fizioterapiya vannalarını, həmçinin fontanları çirkləndirir. Təbii obyektlərlə müqayisədə süni quraşdırılmış qurğularda daha asan çoxalır.

Legionellyozlu xəstə infeksiya mənbəyi olmadığından onunla təmas zamanı yoluxma baş vermir. İnfeksiyanın yayılmasında heyvan və quşlar da rol oynamır. Legionellyoz aerozol mexanizmi ilə yayıldığına görə yoluxma içində bakteriya saxlayan sulu hava qarışığının udulması nəticəsində baş verir. Xəstəliyin epidemik ocaqlanması çox vaxt bakteriyaların soyuducu sistemlərdə kolonizasiyası ilə əlaqədar olur. Kondisioner və ümumi duşlarda toplanan törədici onları işə salanda dərhal su damcıları ilə birlikdə havaya yayılır.

Siqaret çəkən və mütəmadi alkoqol qəbul edənlər, həmçinin immundefisit xəstəliklər, ağciyər patologiyaları və mübadilə pozulmalarından əziyyət çəkənlər infeksiyaya qarşı daha həssas olurlar. Xəstəlikdən sonra yaranan immunitetin hansı müddətdə aktiv olması məlum olmasa da, ikinci dəfə yoluxma halı müşahidə olunmayıb. Legionellyoza əsasən vaxtaşırı otel və mehmanxanalarda qalanlarda, tibb işçilərində, qocalar evlərində və psixiatrik xəstəxanaların sakinlərində təsadüf olunur".

Xəstəliyin gedişi barədə danışan həkim-infeksionist söhbətinə davam edərək deyib: "İnfeksiyanın klinik şəklinin müxtəlifliyinə görə inkubasiya müddəti də fərqli olur, gizli dövr adətən 4-7 gün davam etsə də, bəzən 2 günə qədər qısalır və ya 10 günə qədər uzanır. Əksər hallarda ağır pnevmoniya əlamətləri ilə gedən legionellyoz bəzən prodromal sindromla başlayır. Xəstələrdə başağrısı, zəiflik, iştahanın zəifləməsi, nadir hallarda diareya müşahidə olunur. Qalan hallarda xəstəlik kəskin şəkildə hərarətin həddən artıq yüksəlməsi, ağır intoksikasiya əlamətləri, titrəmə, baş, əzələ, oynaq ağrıları və tərləmə ilə başlayır. Qısa vaxtda intoksikasiya sinir sisteminə toxunur, xəstədə tormozlanma, emosional dayanıqsızlıq, sayıqlama, hallüsinasiya, bayılma və hətta huşun itməsi kimi simptomlar baş verir.

Neyrodisfunksiyalardan gözün hərəki əzələlərinin iflici, nistaqm, dizartriya və ataksiya, yəni müvazinətini saxlaya bilməmək əlamətləri nəzərə çarpır. Xəstəliyin 3-4-cü günündə əmələ gələn öskürək əvvəlcə quru xarakterdə olur, sonra isə az miqdarda selikli-irinli, bəzən də qanlı bəlğəm Xarakter əlamətlərə təngnəfəslik və sinədə ağrını da əlavə etmək olar.

Auskultasiyada ağciyərlərdə həm quru, həm də xırda qabarcıqlı yaş xırıltılar, bəzi nahiyələrdə tənəffüsün zəifləmə ocaqları müşahidə edilir. Plevrit zamanı isə plevranın sürtünmə küyü eşidilir. Xəstəlik çox ağır gedişlidir, müalicəyə çox çətin tabe olur. Çox hallarda ekssudativ plevritlər və abseslərlə ağırlaşır, infeksiya-toksiki şoka qədər ağırlaşa bilir. Bir çox hallarda tənəffüs çatışmazlığına görə xəstəni süni tənəffüs aparatına qoşmaq lazım gəlir.

Xəstəlik zamanı inkişaf edən arterial hipotenziya ürək ritminin pozulması ilə müşayiət olunur. Hər üç xəstədən birində mədə-bağırsaq simptomları, xüsusən də ishal, qarında sancı və sarılığa rast gəlinir. Legionellyozun ən kəskin ağırlaşmalarından olan böyrək çatışmazlığı əlamətləri bir neçə ay sonraya qədər davam edir.

Həkim xəstəliyin müayinə, müalicə və profilaktikası barədə isə bunları bildirib: "Qanın ümumi müayinəsində kəskin ümumi infeksiya əlamətləri-neytrofil leykositoz, EÇS artması, ağciyərlərin rentgen müayinəsi zamanı ocaqlı infiltratlar, pay, subtotal və total pnevmoniya, həmçinin plevrit əlamətləri qeyd olunur.

Bakterioloji əkilmədə xəstəliyin törədicisi bəlğəm, plevral maye və bronx yuyuntusunda, çox vaxt isə qanda aşkar olunur. Bakterioloji müayinə ilə daha dəqiq diaqnoz qoymaq mümkün olsa da, adətən seroloji metodlar yetərli hesab edilir.

Etiotrop müalicə 2-3 həftə müddətində makrolid qrupundan olan antibakterial preparatların təyinindən ibarət olur və ağır hallarda onlar venadaxili damcı ilə yeridilir. Legionellalar antibakterial müalicəyə çətin tabe olduğundan kompleks makrolidlərlə yanaşı ftorxinolonlar və ya fifampisin də əlavə olunur.

Bundan əlavə tətbiq olunan müalicə tədbirləri ümumi intioksikasiyanı zəiflətməyə, tənəffüs çatışmazlığının və orqanların işinin korreksiyasına yönəldilir. Ağır xəstələrdə oksigenasiya və ya süni tənəffüs aparatına qoşulma göstərişdir.

Legionellyozun profilaktikası havalandırma sistemlərinin, su ilə işləyən sərinkeşlərin, vanna otaqlarının, duş kabinələrinin və su ilə əlaqədar tibbi prosedur aparatının xlor əsaslı dezinfeksiyaedicilərinin və qaynar suyun tətbiqi ilə vaxtında təmizlənməsi, su filtrlərinin dəyişdirilməsindən ibarətdir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Şəhidin adı daşda yox, xalqın yaddaşında yaşamalıdır

Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir

ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir

Bu saata olan əsas xəbərlər

Şuşanın qayalarına yazılan şəhid adları ilə bağlı çağırış: “Bu, hörmət əlaməti sayıla bilməz”

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq

QHT sədri: Tarixi-mədəni irsə qarşı hörmətsizlik qəbuledilməzdir

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur

Şuşanın daş yaddaşına toxunmayaq

Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq

Ağdam rayonunda mina partlayışı baş verib

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib