CƏMİYYƏT
Litvada qızılca virusunun yayılması təhlükəli həddədir
Vilnüs, 8 aprel, AZƏRTAC
Litvada qızılca epidemiyası yayılmaqdadır.
AZƏRTAC xəbər verir ki, virusun əlamətləri Vilnüs və Kaunasın ən populyar turistik məkanlarında da özünü göstərir.
Ötən həftənin axırları yaşlılar arasında 251nəfərdə yoluxma aşkar edilib. Epidemiyaya yoluxaraq xəstəxanaya yerləşdirilənlər arasında 79 uşaq da var. Aprelin 5-dək 397 nəfərdə qızılca aşkar edilib.
Litva İnfeksiya Xəstəliklər və QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Saulyus Çaplinskasin dediyinə görə, yoluxanların sayının artacağı ehtimalı var. Sərhədlərin açıq olması epidemiyanın Polşa və Ukrayna ərazilərinə də yayılması ehtimalını artırır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]