SİYASƏT


Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir

Tbilisi, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov iclasda iştirak edir.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edərək ölkəsində mədəniyyətin və təhsilin inkişafına hökumət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə davamlı islahatların həyata keçirildiyini söyləyib. Bildirib ki, Gürcüstanda demokratik dəyərlərə böyük önəm verilir.

Sonra çıxış edənlər Avropa məkanında informasiya cəmiyyəti, demokratiya və insan haqları, sosial media, internet ombudsman institutu, yeni media mühiti və təhsili, mətbuat azadlığı, rəqəmsal dövrdə təhsilin rolu və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı Rafael Hüseynov müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.