Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur

Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyası milli mühəndis kadrlarına arxalanaraq, ölkənin davamlı inkişaf strategiyasının hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Akademiya öz sıralarında aparıcı elmi-tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədlərini, professor və dosentlərini, mühəndislik elmi istiqamətlərinin yaradıcılarını birləşdirir. Akademiyanın üzvləri arasında Dövlət Mükafatı laureatları, əməkdar elm və texnika xadimləri və digər fəxri adların sahibləri var. Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 45 nəfərdir ki, bunlardan da 24 nəfəri akademik, 21 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzvüdür və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür.

Bu fikirlər Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin “Mühəndis heyətinin intellektual potensialı Azərbaycanın strateji resursudur” məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Elm və texnologiya hər zaman cəmiyyətin inkişafının mühərriki, milli iqtisadiyyatın, innovasiyaların və elmi-texniki tərəqqinin təməli olaraq qalır. Alimlər və mühəndislərin praktik tədqiqatlarının inkişafı bu gün qeyd-şərtsiz dövlət prioritetidir. Qeyd etmək lazımdır ki, Azərbaycan mühəndislik elminin tarixində - bir çox tanınmış adlar, kəşflər və nailiyyətlər var.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramı həyata keçirilir. Azərbaycanda müasir kosmik sənayenin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı telekommunikasiya peyklərinin orbitə çıxarılması anından bəri, 2008-ci il noyabrın 4-dən qoyulub. Bu tarixdə orbitə təxminən 154 televiziya kanalı və 30-dan çox radiostansiyanın yayımlanmasını təmin edə bilən telekommunikasiya peyki buraxıldı. Cənubi Qafqazda aparıcı peyk operatoru “AzərKosmos”dur. “AzerKosmos” tərəfindən idarə olunan “AzerSpace-1” və “AzerSpace-2” telekommunikasiya peykləri Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiyadakı müştərilərini yüksək etibarlı, genişzolaqlı və genişyayımlı həllər ilə təmin edir. Yer səthinin məsafədən zondlaşdırması peyki “AzerSky” yüksək göstərici ilə (1,5 m təsviri) Yerin müşahidəsi və geoinformasiyası üçün keyfiyyətli xidmətlər göstərir.

Azərbaycan Mühəndislik Akademiyası “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal işlər aparır. Azərbaycan Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlıq Mərkəzi Azərbaycan mülki aviasiyası kadrlarının hazırlanması üçün əsas baza hesab olunur.

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində “Embraer E-190” tipli təyyarələrdə uçuşların simulyasiyası üçün son nəsil təlim trenajor kompleksi quraşdırılıb. Bu kompleks Azərbaycanın Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək. “EMB190-100” tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur. Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir. “FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator” tipli yeni trenajor kompleksi Milli Aviasiya Akademiyasında (MAA) quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək “D” səviyyəsinə uyğun olduğunu təsdiqlədi. Sertifikatlaşdırma prosesi zamanı EASA tərəfindən 170-dən çox keyfiyyət və uçuş proseduru üzrə testlər yoxlanıldı. Trenajorun bütün sistemlərinin real hava gəmisi ilə uyğunluğu yoxlanıldı. Bu kompleksdə təkcə Azərbaycan pilotlarının deyil, xarici aviaşirkətlərin pilotlarının da təlim keçəcəkləri nəzərdə tutulur.

“AZAL”ın Pilotların Hazırlıq Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir və nəzəri və təcrübi hazırlıq şöbələrindən ibarətdir. Nəzəri təlim şöbəsi hər il 300-dən çox ixtisasartırma kursunda 7000-dən çox mülki aviasiya mütəxəssisinin iştirakını təmin edir. Təcrübi təlim şöbəsində peşəkar təyyarəni idarəetmə bacarıqlarının əldə edilməsi və saxlanılması üçün çox vacib olan Airbus A319/320, Boeing 757/767, ATR-42/72, eləcə də Mi-8AMT helikopteri üçün uçuş trenajorları fəaliyyət göstərir.

Milli Aviasiya Akademiyasında trenajor kompleksinin quraşdırılması məqsədilə beynəlxalq pilotların hazırlığı mərkəzlər üçün irəli sürülən ən son tələblərə uyğun olaraq Trenajor kompleksinin yeni binası inşa edilib. Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur “FlightSafety International” şirkətidir.

Azərbaycan Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Tələbə Yaradıcılıq Evi (Texnopark) tədqiqatçılar, tələbələr, magistr və doktorantlar, eləcə də mütəxəssislərə sənaye və biznes üçün yeni həllər işləyib hazırlamağa imkan verəcək ki, bununla da elm, texnologiya və avadanlıq sektorunu sənaye və iş dünyasına daha da yaxınlaşdıracaq. Çoxillik təcrübənin göstərdiyi kimi, universitetlərin mühəndislik ixtisasları üzrə təhsil proqramları, əsasən texniki fənlər çərçivəsində formalaşır, lakin əldə edilən biliklər hər zaman kifayət etmir. Mənim fikrimcə, Tələbə Yaradıcılıq Evi ixtisaslar üzrə biliklərdən başqa, həmçinin yeniliklərə daha tez uyğunlaşmaq, özünə inamlı olmaq, qərar qəbul etmək və praktik bacarıqlara sahib olmaq kimi imkanlar da verəcək. Düşünürəm ki, mühəndislik ixtisaslarının hazırlanmasına belə yanaşma müasir mühəndisin nüfuzunu xeyli artıracaq.

Qeyd edək ki, ölkənin sənaye sektorunda fəaliyyət göstərən bir çox müəssisələr laboratoriya sınaqları və ölçmələri ölkədən kənarda aparmağa məcbur olurdu. MAA-nın nəzdindəki Texnopark artıq lazımi sınaqların Azərbaycanda keçirilməsinə imkan verəcək. Texnopark beynəlxalq standartlara cavab verən müasir tipli yeni mühitdə işləyəcək və xarici təcrübədən istifadə edəcək.

Texnopark yeni tədqiqatçı və mütəxəssislər nəslinin formalaşması üçün, eləcə də universitetin özəl sektorla əməkdaşlığı, texnologiya transferinin həyata keçirilməsi, elmi işlərin kommersiyalaşdırılması, startap və biznes-ideyaları üçün “biznesdə nəzəriyyə” prinsipinin həyata keçirilməsi üçün geniş imkanlar açır.

Kənd təsərrüfatı və ekologiya sahəsində - nanotexnologiyadan istifadə etməklə əldə edilən mineral gübrələrin tətbiqi və istehsalatda istifadəsini qeyd etmək yerinə düşər. Bu növ gübrələrin və resursa qənaət edən suvarma texnologiyalarının praktikada paralel tətbiqi Azərbaycanın düzənlik rayonları şəraitində hər hektardan 51 sentner səviyyəsində taxıl məhsulu əldə etməyə imkan verir. Mühəndislik Akademiyasının alimləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrində silikat gübrələrindən (nanoborular şəklində təmiz silikat və silikat dioksid) istifadə etməklə təcrübələr aparıb və onların Qobustan yumşaq buğda növünün məhsuldarlığına təsirini öyrəniblər.

Müəyyən edilmiş müddət ərzində təklif olunan rayonlaşdırılma modelləri əsasında diferensiallaşdırılmış suvarma texnologiyalarından istifadə etməklə aparılan tarla təcrübələri hazırlanmış matrisin davamlı xarakterini təsdiq edib. Tətbiq olunan modellər kənd təsərrüfatı torpaqlarının şoranlaşması proseslərini dayandırmaqla yanaşı, antropogen təsir nəticəsində istehsaldan çıxarılan torpaqları da əkin dövriyyəsinə qaytarmağa imkan verir. Azərbaycan üçün bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.

İnfrastrukturun və logistik inkişafın Azərbaycan iqtisadiyyatı üçün son dərəcə vacibliyini nəzərə alan Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də bu layihələrdə fəal iştirak ediblər. Sektorda şirkətin və onun tərəfdaşlarının sənaye sahələrində demək olar ki, bütün proseslərin dərindən və yenidən qurulmasını tələb edən yeni islahat hazırlanır.

Azərbaycanın hava nəqliyyatı tarixində “Silk Way West” yükdaşıyıcısı xidmət şirkətinin dünya liderlərindən biri səviyyəsinə qədər inkişaf etməsi üçün uğurlu və genişmiqyaslı proqram nümunəsi hesab olunur. Boeing korporativ reytinqi Azərbaycan yükdaşıyıcısı “Silk Way West”i təyyarə parkının sayı, coğrafi əhatə dairəsi və yüklərin həcminə görə ən sürətlə inkişaf edən aviaşirkət kimi tanıyır. Bu gün biz bu üç meyar üzrə Avropada üçüncü yerdəyik. “Silk Way West” hər ay 50-dən çox istiqamətə - Avropa, Asiya, Şimali və Cənubi Amerikaya 250-yə yaxın müntəzəm və çarter reysləri həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mühəndislik Akademiyası üzvlərinin iştirakı ilə yol-nəqliyyat infrastrukturunun bütün üstünlüklərindən istifadə edir: Ələtdəki beynəlxalq liman, regional nəqliyyat-logistika mərkəzləri, bərpa edilmiş və modernləşdirilmiş “Bakı-Böyük Kəsik” və “Bakı-Yalama” dəmir yolları, “Bakı-Tbilisi-Qars” beynəlxalq dəmir yolu marşrutları mövcuddur. Dəmir yol nəqliyyatı parkı yenilənib, bütün yollarda alternativ cərəyandartma sisteminə keçid təmin edilib ki, bu da yük qatarının orta kütləsini artırmağa imkan verir.

2021-ci ilin noyabr ayında istifadəyə verilən dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün Biləcəri deposu qatarların vaxtında təmirini təmin edəcək. ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi planlaşdırır. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 kilometr kontakt şəbəkəsi yenidən qurulub.

“Horadiz-Ağbənd” dəmir yolu xətti istifadəyə verilib və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama (Rusiya sərhədi) dəmir yolunun modernləşdirilməsi üzrə işlər planlaşdırılır.

Avrasiya tranzitinin Qafqaz-Xəzər qovşağının inkişafı üçün, Azərbaycan və onun tərəfdaşları üçün ən optimal ssenari - bütün meridian və enlik istiqamətləri üzrə vahid idarəetmə logistika şirkətinin yaradılmasıdır. Marşrutun yerləşməsinin coğrafi şəraitinin obyektiv halları bir o qədər də əlverişli deyil - Xəzərdə konteynerin Çindən Avropa İttifaqı sərhədinə qədər gedən yolda ən azı iki, hətta üç daşınma (əgər yük bundan sonra da Qara dəniz boyu gedirsə) ilə baş tuturdu. Əlbəttə, vəziyyəti “Bakı-Qars” magistral yolunun mövcudluğu və burada “ADY Container” törəmə şirkəti tərəfindən təmsil olunan aparıcı operatorun olması asanlaşdırır. Bu baxımdan bölgədə ən inkişaf etmiş və güclü olan Azərbaycan logistika xidmətləri infrastrukturu Rusiya Dəmir Yolları üçün sərfəli tərəfdaşdır.

Azərbaycanın enerji sektorunda akademiyamızın üzvləri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi) qlobal layihəsində iştirak edirlər. TANAP Xəzər “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazın Türkiyəyə və bu ölkədən də Avropaya tədarükünü təmin edir. Trans-Anadolu Qaz Boru Kəməri XXI əsrin enerji tarixinə düşəcək böyük bir layihədir. TANAP yeddi ölkəni birləşdirdi: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Güman edilir ki, növbəti mərhələdə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da ona qoşulacaq. İki ildən sonra onun ardı olaraq Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi istismara veriləcək. TAP marşrutu Albaniya və Adriatik dənizindən keçərək Türk-Yunan sərhədindən İtaliyanın cənubu boyunca uzanır. “Cənub” Qaz Dəhlizi Xəzər regionu ilə Avropa ölkələrinin bazarları arasında enerji körpüsü olacaq və Avropaya enerji tədarükünün şaxələndirilməsinə kömək edəcək. Azərbaycanın “Şahdəniz” qaz kondensat yatağının ikinci fazasının işlənməsi “Cənub” Qaz Dəhlizi boyunca tədarük üçün əsas mənbəyə çevriləcək.

“Azərenerji” Səhmdar Cəmiyyəti Azərbaycan Mühəndislik Akademiyası üzvlərinin iştirakı ilə Cənubi Qafqaz bölgəsində ən yüksək faydalı iş əmsalına malik olan “Suqovuşan” kiçik su elektrik stansiyası inşa edib.

Neft-kimya texnologiyaları sahəsində Akademiyanın alimləri və mühəndisləri hidrogen sulfid və karbon qazı olan neft və qaz yataqlarının lay sularında metalın qorunması üçün korroziya inhibitorlarının yeni tərkibinin hazırlanması üzərində işləyirlər. İnhibitorları işləyib hazırlayarkən neft-kimya sintezi üçün xammal mənbəyi kimi təbii və sintetik doymamış üzvi turşulardan istifadə edilib. Lay sularında karbon dioksidlə doymuş metalı qoruya bilən, çoxfunksiyalı və yüksək effektiv korroziya inhibitorları əldə edilib.

2009-cu ildə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı sistematik olaraq beynəlxalq standartlara uyğun formatda yenilənir. 2021-ci ildə jurnal “International Scientific Indexing” (ISI) və “Scientific Journal Impact Factor” (SJIF) Beynəlxalq Elmi Sitatlaşma Məlumat Bazalarına daxil edilib, sertifikatlar alıb. 2021-ci il üçün jurnala verilən impakt faktor ISI - 1,327; impakt faktor SJIF - 8,38-dir. Bundan əlavə, jurnal “Creative Commons Attribution - NonCommercial 4.0” beynəlxalq lisenziyası ilə lisenziyalaşdırılıb. Jurnal, həmçinin onun reytinqini müəyyən edən, internet şəbəkəsində inteqrasiya olunmuş elmi resurs Rusiyanın Elmi Sitat Indeksləşməsi (RESİ) layihəsinin müəllif hüquqlarına malikdir. Jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Nəşr olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier - Obyektin Rəqəmsal İdentifiatoru) verilir. 2022-ci il yanvarın 1-dən jurnalın çap versiyası ilə yanaşı elektron versiyasının da nəşri hazırlanır. Jurnala artıq onlayn ISSN-2789-8245 verilib. Bu, onlayn informasiya axtarış sisteminə qlobal keçid şəraitində düzgün qərardır. Bilik və təcrübə mübadiləsi, xüsusilə də mühəndislik sahəsində cəmiyyətin uğurlu inkişafı üçün səmərəli strategiyadır.

Bu yeniliklər jurnalın sitatlaşma reytinqini, nəşr olunmuş elmi-texniki informasiyanın beynəlxalq aləmdə yayılmasının səmərəliliyini və çevikliyini artırmaq, həmçinin informasiyanın daha geniş mübadiləsinə və elmi ictimaiyyətdə tanınmasına kömək etmək məqsədi daşıyır.

Artıq 13 ildir ki, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı Azərbaycan və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin üzərində çalışdıqları problemlərin baxışına böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” üç dildə - Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc edir, materialları kommersiya məlumat bazaları vasitəsilə yayır, həmçinin xarici analitik bazalara keçidlə indeksləşdirmə və sitatlaşdırma aparır. Azərbaycan Mühəndislik Akademiyasının üzvləri tərəfindən hər il 350-dən çox məqalə dərc olunur. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” həm xarici, həm də yerli elm adamları üçün ziddiyyətli fərziyyələr və tədqiqatlarla bağlı fikir mübadiləsi aparmaq üçün canlı platformaya çevrilib.

Akademiya, onun elmi və mühəndis qüvvələri Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində mühüm vəzifələrin həyata keçirilməsində fəallıq göstərirlər. Biz Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə böyük nəticələr əldə etməyi qarşımıza məqsəd qoyaraq, böyük elmi layihələrin həyata keçirilməsi üçün yeni təkliflər hazırlayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub

Azərbaycan məktəbliləri Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər

Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb

ADSEA: Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir

İmtahanda yüksək bal toplayan abituriyent: Sistemli şəkildə hazırlaşmaq nəticə verir

ADSEA sədr müavin: Su ehtiyatlarının səmərəli idarə olunması aqrar inkişafın əsas şərtidir

Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub

Volqa-Xəzər gəmiçilik kanalının bir sahəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb

CGIAR: Rəqəmsal həllərin tətbiqi sağlamlıq təhlükələrinə qarşı daha koordinasiyalı mübarizə aparmağa imkan yaradır

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq