CƏMİYYƏT


Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Bakı, 29 iyun, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-da axşam saat 17:00-21:00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış yağıb, şimşək çaxıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında qərb küləyi əsib, sürəti saniyədə 17-23 metrə çatıb, bəzi yerlərdə arabir 28-32 metrədək güclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.