Ötən ay 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu ilin sentyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, ötən ay 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Sentyabr ayında 58 nəfərə fəlsəfə doktoru, 14 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 20 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 1 nəfərə isə imtina cavabı gəlib.
Həmçinin ötən ay 10 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [12:16]
AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib
- 26.05.2026 [12:09]
Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir
- 26.05.2026 [11:17]
Sərxan Xavəri: Türk dünyası elm və texnologiyaya xüsusi önəm verməlidir
- 26.05.2026 [11:15]
Əlli ilin məzunları ADPU-da
- 26.05.2026 [10:41]
“Kitab klubu”nun növbəti müzakirəsi “İnsanın məna axtarışı”na həsr olunub
- 26.05.2026 [07:54]