“Oxu günü”ndə “Əsgərə kitab” aksiyası keçiriləcək
Bakı, 20 aprel, AZƏRTAC
Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan “Oxu günü-2” festivalında “Əsgərə kitab” adlı kitab aksiyası keçiriləcək.
“Hədəf” nəşrlərindən AZƏRTAC-a bildirilib ki, ideya rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan “Oxu günü-2” çərçivəsində əsgərlərimiz də yaddan çıxmayıb. Belə ki, “Oxu günü”ndə iştirak edən oxucular kitablarını aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə edəcəklər.
Aksiya üçün toplanan kitablar əsgərlərə göndəriləcək. Məqsəd vətənin keşiyini çəkən əsgərlərin də “Oxu günü”nün iştirakçısı olduqlarını bildirmək və hədiyyə olunan kitablarla onların asudə vaxtlarının səmərəli təşkilində iştirak etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:30]
Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub
- 21.05.2026 [17:23]
ICESCO mədəni irsin bərpası üçün Qarabağa texniki missiya həyata keçirib
- 21.05.2026 [16:29]
Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açıb
- 21.05.2026 [16:19]