Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Əsrlər keçsə də Ümummilli Lider unudulmayacaq

Politoloq: Əsrlər keçsə də Ümummilli Lider unudulmayacaq

Bakı, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin builki doğum günü hər zamankından daha fərqli, daha xüsusidir. Çünki “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən insanın arzusunun yerinə yetdiyi tarixi günləri yaşayırıq. Necə ki, zamanında təkidli tələblə xalqımız məhz və yalnız ona inanıb, hakimiyyətdə məhz onu görmək istədi, vəfatından sonra həmin qədirbilən xalq haqlı olaraq, səmimi şəkildə ona Ümummilli Lider, Ulu Öndər adını da məhz özü verdi. Başı bəlalar çəkmiş bu xalq tarixin bütün mərhələlərində Heydər Əliyevi haqlı olaraq xilaskar bilir. Çünki zamanında xalq vahimə və təşviş içində idi, ölkədə anarxiya, xaos, qardaş qırğını yaşanırdı. Bütün bunların qarşısını alan bir insana, milli mənsubiyyətə fərq qoymadan, hər kəsə eyni hüquqları təmin edən bir şəxsə ancaq bu ən ali adları vermək olardı. Çünki xalqı, cəmiyyəti yürüdüyü cığırda, yolda düzgün istiqamətləndirən, öz arxası ilə apara bilən bir insana ancaq Ümummilli Lider, Ulu Öndər demək olardı.

AZƏRTAC xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə dönüş yarandı, intibahın təməli qoyuldu. Bu səbəbdəndir ki, Heydər Əliyevin adı tariximizdə ilklərlə yadda qalır. İlk dəfə olaraq, ölkədə gənclər gününü təsis edən, qadınların cəmiyyətdəki rolunun artırılmasını təmin edən, söz və mətbuat azadlığını təmin edən, 20 Yanvar hadisələrinə hüquqi-siyasi təminat verən, mətbuatda senzuranı ləğv edən, müstəqil dövlət təsisatlarının qurulmasını təmin edən, demokratik, hüquqi dövlət quran, ilk milli Konstitusiyamızı qəbul edən, vətəndaş̧ cəmiyyətini formalaşdıran və daha neçə-neçə ilklərin təməlini qoyan məhz ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev tariximizdə elə şərəfli bir yol, elə məsuliyyətli bir cığır açmışdır ki, o yolu getmək həm şərəfdir, həm də ən böyük məsuliyyətdir. Tarixin və siyasi proseslərin gedişatının üzə çıxardığı reallıqlar fonunda sübut olunmuşdur ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri, nüfuzu, qətiyyəti, prinsipiallığı və ən əsası da ümummilli maraqları hər şeyin fövqündə tutması Azərbaycanı mövcud və baş verə biləcək bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi qurub onu möhkəmləndirmək gücünə və qüdrətinə malik idi. Bu səbəbdən də o öz çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Məhz bu amili əsas götürüb, Qarabağı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, məhz onun mənsub olduğu xalqa, onun formalaşdırdığı siyasi kursa və ən nəhayətində onun vəsiyyətini icra edə biləcək bir oğul bacarardı. 1993-cü ildə müşahidə olunan birliyimiz, həmrəyliyimizin ən pik həddi 2020-ci ilə 44 günlük Vətən müharibəsində müşahidə olundu. Dini, dili, etnik mənsubiyyətindən asılı olmayaraq böyükdən-kiçiyə hər bir azərbaycanlı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bir yumruq kimi sonunadək öz liderinin arxasında durdu. Prezidentin özünün də mərd və mərdanə şəkildə bütün siyasi təzyiqlərdən qorxmayaraq dediyi kimi: “Biz topraqlarımızı əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik”.

Ş.Həsənova qeyd edib ki, Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb, hər bir azərbaycanlı özü üçün Heydər Əliyev yolunu ən nümunəvi və düzgün istiqamət kimi müəyyənləşdirib. Heydər Əliyev dediyimiz zamanı bir çox insani keyfiyyətlər ağlımıza gəlir: dövlətçilik hissi, vətənpərvərlik, yüksək mənəvi-əxlaqi dəyərlər, tolerantlıq, yüksək peşəkarlıq, təşəbbüskarlıq. Bu gün bütün dünyada qürurlu xalq kimi tanınan hər bir azərbaycanlı bu ən ali keyfiyyətlərə malik olmaq üçün əzmlə çalışır. Bu gün Heydər Əliyev siyasi kursu bütün istiqamətlər və parametrlər üzrə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, onun gələcək nəsillərə ötürülməsi kimi şərəfli bir vəzifəni öz zərif, eyni zamanda, güclü çiyinləri üzərinə götürən Birinci vitse-prezident Mehriban Əliyeva bu işi layiqincə yerinə yetirir. Əsrlər keçsə də ümummilli lider Heydər Əliyevin adını və Azərbaycan xalqı üçün gördüyü işləri qədirbilən xalqımız unutmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir