Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Anqolanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Auqusto da Silva Kunha etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı vurğuladı ki, Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsini xüsusi qeyd edən Prezident İlham Əliyev ölkələrimizin bu sahədə də əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı.

Azərbaycan Prezidenti ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında aparılan islahatlar çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini vurğuladı, Hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd etdi.

Auqusto da Silva Kunha Azərbaycana qeyri-rezident səfir təyin olunmasından məmnunluğunu bildirdi və Anqola Prezidenti Joao Lorensonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Anqolanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Səfir bildirdi ki, Anqola müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ölkədə mütəxəssislərin hazırlanmasına böyük töhfələr verib. Diplomat bu xüsusda mütəxəssislərin, mühəndislərin, həkimlərin və hərbçilərin hazırlanmasında Azərbaycanın ali təhsil müəssisələrinin mühüm rol oynadığını diqqətə çatdırdı. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən Auqusto da Silva Kunha Anqolanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə dəstək verdiyini vurğuladı və ölkəmizin təşkilatda sədrliyinə uğurlar arzuladı.

Dövlətimizin başçısı dedi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini qəbul edən zaman təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etmişdi və dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.

Görüşdə, həmçinin elm, təhsil, kənd təsərrüfatı, mədən sənayesi, energetika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Anqolanın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib

Qərbi Avstraliyada pilotun ölümü ilə nəticələnən təyyarə qəzası baş verib

FHN gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olunub

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına

Şavkat Mirziyoyev: Regionun məqam, muğam, dəsgah kimi musiqi janrlarını vahid rəqəmsal platformada birləşdirmək lazımdır

Rusiya səfiri: Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə yaxın əməkdaşlıq əlaqələrinə malikdir

Ronaldu və Bellinqem dünya çempionatının tarixinə düşüblər

Elman Nəsirov: Kibertəhlükələr dünya üçün ciddi risk mənbəyinə çevrilib

Ticarət nümayəndəsi: Azərbaycan Avrasiya regionunun əsas nəqliyyat qovşağına çevrilib

Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah

İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir

Bakıda beynəlxalq sığorta forumu başlayıb

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusu Cənubi Qafqaz hüdudlarını aşan təsir imkanları yaradır

AŞPA-da bu gün Gürcüstanla bağlı müzakirələr keçiriləcək

BMT: Qlobal təhsil böhranı bütöv bir nəsli təhdid edir

Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı inkişaf strategiyasının real göstəricisidir

Zahid Oruc: Kibertəhlükəsizlik tədbirləri dövlət və maliyyə məlumatlarının mühafizəsini gücləndirəcək

Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4090 dollara enib VİDEO

Xəzinə xidmətləri üzrə büdcə təşkilatlarına metodiki dəstək məqsədilə “Xəzinə bələdçisi” hazırlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

® “Kəskin zəhərlənmələrin təcili idarəolunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu təşkil edilib

Azərbaycan nefti 79 dollara satılır VİDEO

Azərbaycan nefti 79 dollara satılır VİDEO

Səidə Səfərova: Moldovada yaşayan soydaşlarımızda Azərbaycan dilinə, tarixinə maraq böyükdür MÜSAHİBƏ

İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb

Azərbaycanla Türkmənistan regional inteqrasiyanın yeni mərhələsini formalaşdırır RƏY

Azərbaycan Ordusu Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas faktorlarından biridir- ŞƏRH

Yüksək qan təzyiqinin gizli təhlükəsi aşkarlanıb

Çinin Dalyan şəhərində “Yay Davosu” işə başlayıb VİDEO

Çinin Dalyan şəhərində “Yay Davosu” işə başlayıb VİDEO

Qazaxıstanın Aktau limanı potensialını artırır

İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Dünya çempionatı: Kolumbiya millisi qələbə qazanıb

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri ölkəmizə səfərə gəlib

İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub

İlon Mask trilyonçu statusunu itirib

Dünya çempionatı: Xorvatiya millisi minimal hesabla qalib gəlib

Yer kürəsində ən qədim kraterin yaşı müəyyən edilib

Bu günədək Neftçala Sənaye Məhəlləsi üzrə 63,05 milyon manat investisiya portfeli formalaşdırılıb

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

ABŞ Senatı İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununa dair qətnamə qəbul edib

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

MDU-da elmi nəşr fəaliyyətində yeni mərhələ – beynəlxalq jurnalın rəsmi saytı təqdim edilib

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Bundestaqın deputatları Almaniyada hərbi sifarişlərin bahalaşmasından narahatdırlar

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Tramp: İranla bağlı işlər çox yaxşı gedir

ABŞ Dövlət katibi: Livanda baş verənlərlə bağlı birbaşa hökumət ilə danışıqlar aparacağıq

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz

“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Əqrəblərin, ilanların və digər zəhərli sürünənlərin aktivliyi yayın əvvəlinə təsadüf edir - mütəxəssislərin rəyləri

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

İsmayıllıda kişi traktorun altında qalaraq ölüb

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib VİDEO

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib VİDEO

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır