SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub

Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub

Bakı, 8 mart, AZƏRTAC

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.