Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev dedi:

-Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir.

Prezident İlham Əliyev: Hazırda stansiya hansı səviyyədə işləyir, tam gücü nə qədərdir?

Baba Rzayev: Tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik, hazırda 380 meqavatla işləyir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir və artan tələbatı da təmin edəcəkdir. Eyni zamanda, ilin əvvəlində sizə göstəriş vermişdim ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?

Baba Rzayev: Cənab Prezident, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.

Cənab Prezident, mən Sizə məruzə etmək istəyirəm ki, Ulu Öndər bu stansiyanın təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq.

Prezident İlham Əliyev: Elədir. Amma əfsuslar olsun ki, əvvəlki dövrlərdə stansiya öz potensialını böyük dərəcədə itirmişdi. Ona görə mən “Azərenerji”nin yeni rəhbərliyi qarşısında vəzifə qoymuşdum ki, itirilmiş güclər bərpa edilsin. O vaxt belə hesablanmışdı ki, ən azı 300 meqavat elektrik enerjisi potensialı bərpa edilməlidir. Bu istiqamətdə hansı addımlar atılıb və gələn il hansı işlər gözlənilir?

Baba Rzayev: Cənab Prezident, artıq 200 meqavatı bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.

Prezident İlham Əliyev: Yəni, qalan 3 blok da təmir olunacaq?

Baba Rzayev: Bəli, tamamilə. Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq.

Prezident İlham Əliyev: Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?

Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb.

Prezident İlham Əliyev: Çox yaxşı. Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox?

Baba Rzayev: Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub.

Prezident İlham Əliyev: Yəni, gələn il işlərə başlaya bilərik?

Baba Rzayev: Bəli, gələn il işlərə başlaya biləcəyik.

Prezident İlham Əliyev: Çox yaxşı, buna ehtiyac var. Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq. İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar