Prezident İlham Əliyev Budapeştdə naməlum əsgərin məzarını ziyarət edib VİDEO
Budapeşt, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.