RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Goranboy rayonuna səfərə gəlib VİDEO
Goranboy, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə rayonda görülən işlər barədə məlumat verdi.