REGİONLAR


Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Qobustan rayonunda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir.

Məlumata əsasən, yolun ümumi uzunluğu 13 kilometrdir. Layihə çərçivəsində yolun normativliyinin təmini üçün eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur.

Hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra 2 laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla 78 min kvadratmetr sahəni əhatə edəcək.

Layihə çərçivəsində müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.

Bundan başqa, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Avtomobil yolu 2 mindən artıq əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.