ELM VƏ TƏHSİL


Quba məktəbliləri UNESCO-nun təlimində iştirak ediblər

Bakı, 6 iyun, AZƏRTAC

Qubadakı 2 nömrəli təbiət fənləri təmayüllü tam orta məktəbdə Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nümayəndəsinin iştirakı ilə UNESCO-nun "Dünyanın ən böyük dərsi” təlimi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimdə şagirdlər interaktiv formada BMT-nin 17 qlobal məqsədi ilə tanış olub və bu məqsədlərə çatmaq üçün qruplarda işləyərək təkliflər hazırlayıblar. Məktəblilər “Keyfiyyətli təhsil”, “Sağlamlıq və rifah”, “Gender bərabərliyi”, “Təmiz su və sanitariya”, “Ucuz və təmiz enerji”, “İqlim dəyişikliyi ilə mübarizə”, “Yer üzündə həyat”, “Sülh, ədalət və güclü institutlar” və digər məsələlərin planetimizə və ölkəmizə təsirlərinə aid maraqlı misallar gətiriblər.

Məktəblilərə UNESCO-nun hazırladığı “Dayanıqlı inkişaf nədir?” adlı sosial çarx göstərilib və onun müzakirəsi aparılıb.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov deyib: “Alimlərin fikrincə, humanitar paradiqma pedaqoji texnologiyaların istifadəsində dəyişkənliyi nəzərdə tutur. Bu baxımdan UNESCO-nun “Dünyanın ən böyük dərsi”nin böyük əhəmiyyəti var”.

O, əminliklə bildirib ki, UNESCO dərslərində iştirak edən şagirdlər bu məktəbin məzunu olan Reyhan Camalova kimi yeni ixtiralara imza atacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.