Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Avropada mətbuatı təsiri altında saxlayan iqtisadi güclər siyasi senzuradan daha təhlükəlidir

Rafael Hüseynov: Avropada mətbuatı təsiri altında saxlayan iqtisadi güclər siyasi senzuradan daha təhlükəlidir

Strasburq, 25 aprel, AZƏRTAC

AŞPA-nın yaz sessiyası çərçivəsində “Redaktor müstəqilliyinin müdafiəsi” və “Avropada jurnalistlərin statusu” adlı iki məruzə dinlənilərək müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə son onilliklərdə dünyanın siyasi mənzərəsində baş verən dəyişikliklərin birbaşa jurnalistikaya təsirinin də məntiqli olduğunu qeyd edib. Bildirib ki, jurnalistika daim dəyişən, inkişaf edən, vaxta uyğunlaşan sənətdir. Ancaq dövründən asılı olmayaraq jurnalistin və jurnalistikanın iki cəhəti dəyişməz qalır. Birinci, keyfiyyətli jurnalistikanın mahiyyətindəki nəciblik. Yəni, jurnalistika hər zaman insanları məlumatlandırmaq, onların gözünü açmaq, biliyini artırmaq kimi xeyirxah vəzifə daşıyır. İkinci, jurnalistikanın dövründən asılı olmayaraq həmişə riskli, müəyyən qədər də təhlükəli peşə olması, yəni, jurnalistin həmişə bir qədər fövqəladə vəziyyətdə çalışan xilasediciyə oxşaması.

Dünyanın həyatındakı ciddi dəyişikliklər əks-sədasını, ilk növbədə, jurnalistikada tapdığı kimi, bu dəyişikliklərin əsas təsirlərindən biri də elə jurnalistikaya olub. İnformasiyanın hərəkət məkanı həddən çox böyüyüb, informasiyanı almaq və ötürmək imkanı və sürətləri dəyişib. İfadə azadlığı anlayışının özündə prinsipial dəyişiklik yaranıb. Bu dəyişiklik, ilk növbədə, özünü ifadə azadlığı və ifadə sərbəstliyinin fərqində göstərir.

Sosial şəbəkələrdən istifadə azadlığından sui-istifadə nəticəsində arzuolunmaz halların da meydana çıxdığını vurğulayan R.Hüseynov deyib: “Sosial şəbəkə az qala hər kəsə sərbəst jurnalistə, bloggerə çevrilmək imkanı verir. İstədiyini yaz, istədiyin süjeti çək, hazırla və sosial şəbəkələrdə yerləşdir. Saniyələr sonra sənin informasiyan bütün dünyada yayıla bilər. Lakin sənin bu sərbəstliyin hansı peşəkar səviyyədə icra olunur, başqalarının hüquq və azadlıqlarına nə dərəcədə riayət edir, bu, artıq mübahisəlidir. Bu baxımdan jurnalistin, jurnalist işini yerinə yetirən şəxsin və ya jurnalistika pərdəsi arxasında gizlənən pozucunun fəaliyyətində ifadə azadlığı ilə ifadə sərbəstliyinin qətiyyən eyni şey olmadığı aşkarlanır. Çünki məhz bu cür sərbəstliyin, nəzarətsizliyin bəzən ifadə özbaşınalığına çevrilməsinin, söyüş, təhqir, təhdid jurnalistikasının da ayaq açmasının, mətbuat terrorunun yaranmasına gətirib çıxarmasının şahidi olmuşuq.

Dünən jurnalistikanın ifadə azadlığı baxımından ən birinci qorxusu siyasi təzyiqlər idisə, indi iqtisadi mexanizmlər daha artıq təzyiq vasitəsinə çevrilib. Çox zaman mətbuat siyasətini yerinə görə iri oliqarxlardan başlamış nəhəng maliyyə resurslarına malik olan iri şirkətlər, konsernlər, iqtisadi güclər müəyyən edir. Onlar mətbuatı da birbaşa yönəltmək bacarıqlarını ortaya qoyurlar. Bir ölkənin ən nüfuzlu, dünyada təsdiqlənmiş informasiya agentliyinə, qəzetinə, jurnalına digər xarici ölkədəki iqtisadi güc göstəriş verir, tapşırıq da yerinə yetirilir”.

Deputat Rafael Hüseynov dünyanın bir sıra aparıcı mətbuat orqanları və informasiya agentliklərinin bu yolla ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizminə çevrilməsinin təhlükəli meyil olmasını diqqətə çatdırıb. Bildirib ki, ən narahatedici cəhət dünyanın ən təcrübəli, ən tanınmış və mötəbər informasiya agentlikləri, nəşrlərinin bu yolla rahat yönləndirilə bilməsinin adiləşməsidir. İstənilən anda istənilən ölkəyə, şəxsiyyətə, siyasi liderə və xəttə qarşı geniş əhatəli kompaniyalar başladılır, məqalələr dərc edilir, reportajlar hazırlanır və bu hal nəticə etibarı ilə jurnalistikanın anatomiyasında dəyişikliyə bais olur. Jurnalistika tədricən həqiqətə xidmət edən qüvvədən məqsədlərə xidmət edən qüvvəyə çevrilir, daha doğrusu, çevrilib.

“Mən mətbuata hələ məktəbli olarkən gəlmişəm və artıq fasiləsiz olaraq onillərdir ki, jurnalistikadayam. Sovet dövrünün siyasi senzurasını və o senzuradan da betər mühafizəkar redaktorluq sistemini də görmüşəm, neçə illər “Azadlıq” radiosunun müxbiri, “Amerikanın səsi” radiosunun xüsusi müxbiri işləmişəm. Yəni, keçmişlə bu günü həm lokal, həm beynəlxalq səviyyədə ən azı öz şəxsi təcrübəm əsasında müqayisə etmək imkanım var. Keçmişə nisbətən jurnalist sözünün meydanı indi həddən artıq genişdir. Lakin keçmişdə maneəmiz yalnız siyasi senzura idi və onu da üstüörtülü yazmaqla müəyyən qədər aşmaq da olurdu. İndi senzura vəzifəsini yerinə yetirən aşkar və örtülü maneələr ağla gələ biləcəkdən də çoxdur”, - deyə R.Hüseynov qeyd edib.

Milli Məclisin deputatı jurnalisti və jurnalistikanı inkişaf etdirməyin və qorumağın ilk ümdə şərtinin peşəkarlığın artırılması, bu sahədə bütün dünyada həmrəyliyin, əməkdaşlığın dərinləşdirilməsi olduğunu söyləyib. O, jurnalistikanı və jurnalisti qorumağın, bu sahədə yeni uğurlara nail olmağın yolunun peşəkarlığın daim yüksəldilməsində, qeyri-peşəkarların bu sahəyə nüfuz etməsinin qarşısının alınmasında, dünyada jurnalist həmrəyliyinin daha da artırılmasında olduğunu diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə Azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır

ADPU-da tədbir: “Dil Tədrisi Sammiti 2026”

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiya nəşr edilib

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb

“Gənclik ölümə inanmır...” – Səməd Vurğunun qızının xatirələri

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Süni intellektin dövlət auditində tətbiqi Ali Auditorlar Palatasında nəzərdən keçirilib

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNİB VİDEO

Rumıniya hərbi limanlarda ABŞ istehsalı olan antidron sistemləri yerləşdirir

Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır VİDEO

Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır VİDEO

Folklor İnstitutunun professorunun iştirakı ilə “Türk dünyası uşaq nağılları” kitabı hazırlanıb

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi