Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

Rafael Hüseynov: Sosial mediada azadlıqla azğınlığın sərhədləri dəqiq müəyyənləşdirilməlidir

Madrid, 4 mart, AZƏRTAC

Demokratik dəyərlər və kütləvi informasiya vasitələri, insan hüquqları və mətbuat, eləcə də sosial şəbəkələrdə ifadə azadlığı və onun hüdudları kimi həssas mövzular son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında, təşkil etdiyi müxtəlif dəyirmi masalarda daimi yer almaqdadır. Qurumun növbəti yaz sessiyası ərəfəsində keçirilən komitə iclaslarında həmin mövzulara yenidən diqqət yönəldilməsi ənənəviləşmiş xəttin davamı kimi qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin martın 4-də İspaniyanın Qranada şəhərindəki tarixi Əlhambra sarayında keçirilən iclasında gündəliyə çıxarılan məruzələrdən ikisi bilavasitə bu problemlər dairəsi ilə bağlı idi. Təsadüfi deyil ki, ispaniyalı deputat Xose Çepedanın hazırladığı “Sosial media: ictimai təhdidlər, yaxud insan hüquqlarına qarşı təhlükələr” adlı məruzə də geniş fikir mübadilələri doğurdu. Həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə sosial medianın ictimai-siyasi həyatdakı yeri məsələsinə toxunaraq dedi: “XX əsrin son onillərinə qədər kütləvi informasiya vasitələri deyərkən biz qəzet və jurnalları, radio-televiziyaları, informasiya agentliklərini nəzərdə tuturduq. Lakin internet erasının başlanması ilə qısa bir zaman içərisində yaranan və bütün dünyanı əhatə edən sosial şəbəkə bu anlayışı mahiyyəti etibarilə dəyişdi. İnternet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkə son dərəcə qısa bir vaxt ərzində klassik media modelini laxlada, onun müvazinətini poza bildi. Onun yerini tutmadı, amma səviyyəsinin də, nüfuzunun da aşağı düşməsinə nəzərəçarpacaq ziyan vurmağı bacardı. Bu təbii gedişləmi baş verdi, ya idarəolunan bir prosesin nəticəsi olaraqmı yarandı? Bu, artıq ayrıca təhlil tələb edən başqa sualdır. Sosial şəbəkə rəsmi medianın alternativi, rəqibi kimi deyil, dublikatı olmaq iddiası kimi ortaya çıxıb. Lakin dublikatın sürəti də, intriqası da, macəraçı cazibədarlığı da çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Nəticə etibarı ilə müəyyən faydalarına, gərəkliliyinə baxmayaraq sosial şəbəkə tədricən bəzi yönləri ilə həm də nəhəng media virusuna çevrilib”.

Deputat Rafael Hüseynov sosial şəbəkədə baş verən bəzi arzuolunmaz prosesləri informasiya mühitinin ekologiyasını pozan təmayüllər kimi dəyərləndirərək deyib: “Yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlarından biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bəlalardan fərqli olaraq bu təmayül istisnasız olaraq bütün dünyanı əhatə edir. Başlıca səbəb də odur ki, biz hamımız eyni bir “hörümçəyin torun”dayıq. Sosial şəbəkədə müşahidə edilən qeyri-peşəkarlıq, təəssüf ki, kütləvi informasiya vasitələrinə daha çox sirayət etməyə, onu içəridən zədələməyə, öz kökünə salmağa başladı. Dezinformasiya da, müxtəlif növ təbliğat və antitəbliğat da müəyyən həcmdə mətbuatda həmişə olub. Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı səciyyə daşımayıb. Bu gün sosial şəbəkə həm qəzet-jurnal, həm radio-televiziya, həm də hər yaxşı-yaman, yalan-doğru xəbəri eşidəcəyin ictimai məkandır. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə getdikcə daha artıq ölçülərdə informasiya başıpozuqluğuna, milli, irqi, dini ayrı-seçkiliyə rəvac verən, nifrətyayıcı çıxışlara meydan açır”.

Sosial şəbəkənin bütün təqdir olunası cəhətləri ilə yanaşı, doğurduğu mənfi təmayüllərlə insan haqlarına, demokratik dəyərlərə təhlükələr törətməsi, bu təhdidlərdən necə qurtulmaq məsələsinə toxunan Rafael Hüseynov mümkün yolları da göstərib: “İfadə azadlığı, təbii ki, demokratiyanın bizə verdiyi ən üstün nemətlərdəndir. Lakin sosial şəbəkədə ifadə azadlığının bəzi hallarda ifadə azğınlığına çevrilməsi demokratiya pərdəsi altında birbaşa olaraq insan hüquqlarının pozulmasına gətirib çıxarır. Bəs bu hallarla mübarizənin yolu hansı, şərtləri nədir? Sosial şəbəkədəki xaosun dayandırılmasının əsas açarı nəzarət mexanizmlərinin gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır. Sosial şəbəkə istifadəçisi olmaqdan ötrü qeydiyyat sərtləşdirilməli, qapalı imzalılıq yasaq edilməli, hər kəs yalnız öz kimlik vəsiqəsi ilə tanınmalıdır. Eləcə də lap başlanğıcdan potensial istifadəçi hansı qaydalara əməl etməli olması ilə bağlı hüquqi məsuliyyət daşıdığını müəyyən edən müqaviləni təsdiqləməlidir. Sosial şəbəkədə ayrı-ayrı insanlara, populyar şəxsiyyətlərə, eləcə də dövlətlərə, xalqlara qarşı elə arzuolunmaz təqdimatlarla qarşılaşırıq ki, bunlar həm qanunlara, həm demokratik dəyərlərə, həm də insan hüquqlarına qarşı açıq təhdidlər sayılmalıdır. Çox zaman bu qəbil çıxışların ardında konkret qüvvələr, kəşfiyyatlar, maliyyə resursları dayanır. Sosial şəbəkələrdəki anonimlik məsələsi aradan qaldırılarsa, hüquqi mexanizmlər daha sərrast fəaliyyətə başlayarsa, belə xoşagəlməz və qanunazidd hallar azalar”.

Azərbaycanlı deputat hamı üçün ortaq olan sosial şəbəkədə nizam yaratmaq üçün səylərin daha da artırılmasının, müştərək mübarizənin vacib olduğunu vurğulayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Qırğız ekspert Paris və Berlindəki iğtişaşların Aİ-nin qlobal ambisiyalarına mənfi təsirindən bəhs edib  - ŞƏRH

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib