Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Gənclər Kitabxanasında Xalq artisti Lütfiyar İmanovun xatirəsi anılıb

Bakı, 19 aprel, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq artisti, Koroğlu obrazının əvəzsiz ifaçısı Lütfiyar İmanovun anadan olmasının 95 illiyi münasibətilə tədbir təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə elm və mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, mətbuat işçiləri, Lütfiyar İmanovun ailə üzvləri və sənətinin pərəstişkarları iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanovun milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkar, adını qızıl hərflərlə Azərbaycan mədəniyyəti tarixinə yazan görkəmli ifaçı olduğunu bildirib. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin inkişafı naminə yorulmadan, əzmkarlıqla çalışmasından, bu böyük şəxsiyyətin zəngin yaradıcılıq irsinin yetişməkdə olan gənc nəsil üçün örnək olduğundan danışıb.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə Lütfiyar İmanovla olan şəxsi tanışlığından və uzun illərə dayanan dostluq əlaqələrindən danışaraq, onun böyük sənətkar olması ilə yanaşı, tanınmış ictimai xadim, qayğıkeş pedaqoq, gözəl dost, həmkar olduğunu da qeyd edib. Lütfiyar İmanovun adının ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi yaradıcılığının çoxşaxəli olmasını, onun həm xalq mahnılarının ifaçısı, həm də rəngarəng repertuarlı kamera müğənnisi olduğunu vurğulayıb.

Uzun illər kitabxanaşünaslıq sahəsində fəaliyyət göstərən Tahir Sadıqov Lütfiyar İmanovun 80 illik ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş görkəmli sənətkar olduğunu söyləyərək, sənətkarın qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. Lütfiyar İmanovun çox nadir səsə malik sənətkar olmasını və onun adıçəkilən zaman hər kəsin hafizəsində “Koroğlu” obrazının canlandığını söyləyib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Lütfiyar İmanov kimi sənətkarların timsalında Azərbaycan dilinin, düzgün ifa tərzinin, Azərbaycan mədəniyyəti incilərinin təhrifsiz, qüsursuz dinləyicilərə çatdırılması əhəmiyyətindən danışaraq, bu gün xalqımızın hər bir nümayəndəsinin Azərbaycan dilini qorumalı olduğunu, onu müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə, xarici konfranslarda layiqincə təqdim etməli olduğunu vurğulayıb.

Kitabxananın İnformasiya və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana əməkdaşları tərəfindən Lütfiyar İmanovun 95 illik yubileyi ilə əlaqədar hazırlanmış virtual kitab sərgisi haqqında məlumat verərək, materialda sənətkarın həyat və yaradıcılığı, müxtəlif xarici ölkələrin opera səhnələrində olan uğurlu, unudulmaz ifaları haqqında geniş məlumat verildiyini bildirib. Virtual kitab sərgisində Xalq artisti Lütfiyar İmanov haqqında xatirələrin yer aldığını, bir sıra foto və video görüntülərin sərgiləndiyi haqqında məlumat verib. Materialda sənətkarın həyat və yaradıcılığına həsr olunmuş 10-dan çox kitabın biblioqrafik təsvirinin verildiyini də qeyd edib.

Sonda Lütfiyar İmanovun oğlu Rauf İmanov atası ilə bağlı xatirələrindən danışıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbir boyunca Tofiq Əlizadənin Lütfiyar İmanov haqqında çəkdiyi qısametrajlı musiqili video film nümayiş olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes forumu işə başlayıb

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Azərbaycan-Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ŞƏRH

Qızılın qiyməti 4075 dollardır

Neft qiymətləri ucuzlaşıb

Azərbaycan nefti 72 dollara satılıb

Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı artır YENİLƏNİB 2

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

Azərbaycan polisinin vəzifə borcu dövlətlə cəmiyyət arasında qarşılıqlı inam və təhlükəsizlik körpüsünün təmin edilməsidir ŞƏRH

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Livan İsraillə əldə olunmuş “çərçivə sazişi”nin həyata keçirilməsində ABŞ-nin dəstəyinə arxalanır

İyulun 2-si Azərbaycan Polisi Günüdür

Bakıxanov qəsəbəsində yanğın baş verib, 4 avtomobil zərər görüb

Suriyada keçid dövrü parlamentinin tərkibi tam formalaşıb

Tramp: Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır

ABŞ bombardmançı təyyarələrini Böyük Britaniyadakı bazadan geri çəkib

Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görür ŞƏRH

Qətər XİN: ABŞ və İran arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunub

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

TÜRKSOY rəsmisi: Qarabağa səfər həqiqətlərin daha dolğun öyrənilməsinə fürsət yaradır

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib

Suriya Hörmüz boğazından yan keçən dəniz yolları şəbəkəsi yaratmaq istəyir

İran ABŞ-nin zərbələr endirdiyi nüvə obyektlərinə AEBA müfəttişlərinin girişinə icazə verməyib

Almaniyada sığınacaq almaq üçün müraciətlərin sayı xeyli azalıb

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

Tofiq Musayev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

Güllü Karanfil: Xurşidbanu Natəvanın izlərini Ağdamda görmək xüsusi bir duyğudur

ÜST: Sudanda vəba epidemiyasının son dalğasında 120 nəfər ölüb

ABŞ hərbi helikopteri Ərəb dənizinə məcburi eniş edib, bir hərbçi itkin düşüb

Tramp: Çinin Panama kanalını nəzarətə götürməsinə imkan verməyəcəyik

Venesuelada zəlzələ qurbanlarının sayı 2295 nəfərə çatıb

Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Qazaxıstan Energetika Nazirliyi Rusiyaya mümkün yanacaq tədarükü barədə məlumatı şərh edib

Azərbaycan atletləri Qosanov Memorialını dörd medalla başa vurublar

“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

Beynəlxalq konfransda Azərbaycanın münaqişədənsonrakı bərpa təcrübəsi barədə məlumat verilib

"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb

Ağdamda “Türk Dünyası Həftəsi” çərçivəsində “İblis” tamaşası nümayiş olunub VİDEO

Ağdamda “Türk Dünyası Həftəsi” çərçivəsində “İblis” tamaşası nümayiş olunub VİDEO

İrakli Kobaxidze: Cənubi Qafqazın strateji əhəmiyyəti həm regional, həm də qlobal baxımdan artıb

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib VİDEO

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar

OCDE Fransanı dövlət maliyyəsini ciddi və davamlı şəkildə bərpa etməyə çağırıb

Azərbaycanın U-17 millisi Tacikistan yığmasına qalib gəlib

® “Azercell” ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub

Konqres iştirakçısı: Türk dünyası böyük bir ailədir və əsl gücümüz ortaq dəyərlərimizdən qaynaqlanır

Helsinki Azərbaycan Evi beynəlxalq platforma çərçivəsində fərqli ölkələrin nümayəndələrini bir araya gətirib

Ursula Fon der Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk VİDEO

Ursula Fon der Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk VİDEO

Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər

Bu saata olan əsas xəbərlər

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib VİDEO

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib VİDEO

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər VİDEO

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər VİDEO

Azərbaycan və Türkmənistan – dəyişən regional gündəmdə strateji tərəfdaşlıq - MÜSAHİBƏ

Çin dili kursunu başa vuran məzunlara sertifikatlar təqdim olunub

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq VİDEO

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq VİDEO

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar

Ursula Fon der Lyayen Prezident İlham Əliyevə: Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin VİDEO

Ursula Fon der Lyayen Prezident İlham Əliyevə: Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin VİDEO

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır VİDEO

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır VİDEO

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir VİDEO

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir VİDEO

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür VİDEO

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır VİDEO

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır VİDEO

Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk VİDEO

Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk VİDEO

Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik VİDEO

Almaniya hökuməti Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasına dair qanun paketini təsdiqləyib

Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına tamhüquqlu üzv oldu VİDEO

Azərbaycan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına tamhüquqlu üzv oldu VİDEO

Pedaqoji Universitetdə magistratura üzrə 3 yeni ixtisaslaşma yaradılıb

Mütəxəssis: Yuxu pozuntularının vaxtında müalicəsi bir çox ciddi xəstəliklərin qarşısının alınmasına imkan verir

Akademik: Ədəbiyyat, folklor, dilçilik, incəsənət və türkologiya rəqəmsallaşma prosesindən kənarda qala bilməz

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

® “Bank of Baku”dan növbəti aksiya: Sahilyanı ərazilər təmizləndi

Kanada “Avroviziya”ya qoşulub

Atilla Jorma: Azərbaycana hər gəlişim mənim üçün yeni bir mənəvi zənginlikdir

Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ili üçün yeni ixtisaslar açılır

Birinci Türkoloji Qurultayın 100 illiyi Türk dünyasında elmi inteqrasiyanı dərinləşdirir ŞƏRH

Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişlərini həyata keçirib

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Dövlət siyasətinin önəmli istiqaməti: Rəqəmsallaşma dövlət xidmətlərinin keyfiyyətini artırır

Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

Tramp Milli Kəşfiyyatın müvəqqəti rəhbərinə məxfi məlumatları açıqlamaq səlahiyyəti verib

Hakan Fidan: Türkiyə-Avropa İttifaqı münasibətlərində konstruktiv dinamika müşahidə olunur

Nazir: Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

Türk alim: Ortaq mədəniyyətimizi gücləndirmək üçün mühüm imkanlarımız var

"Neftçi"nin baş məşqçisi: Dünya çempionatının ən yaxşı futbolçusu Messi və ya Dembele olacaq

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

AzTU ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında memorandum imzalanıb

Türkiyənin hakim partiyasının üzvlərinin sayı 11,7 milyon nəfəri keçib

Aqil Camal: Türk dünyasının birliyi ortaq tarixdən gələn gücə və gələcəyə hesablanmış strateji əməkdaşlığa əsaslanır

Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb

İyunda Mərkəzi Bank valyuta bazarında 394 milyon dollar məbləğində alışyönlü əməliyyat aparıb