Rumıniyada təqaüd proqramı ilə təhsil almaq imkanı
Bakı, 18 aprel, AZƏRTAC
Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına müraciət mayın 1-dək davam edəcək.
Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [13:00]
Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb
- 19.06.2026 [11:27]
Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr
- 19.06.2026 [10:36]