Səbinə Əliyeva: Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib
Bakı, 7 mart, AZƏRTAC
İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda məftil və kəndirlərdən istifadə olunmaqla əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini təqdim edən ombudsman Səbinə Əliyeva deyib.
O bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]