CƏMİYYƏT


Şəhid uşaqları üçün növbəti yay düşərgəsi başlayır

Bakı, 29 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçiriləcək layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfər) əhatə edəcək.

Layihə iki mərhələdən ibarət olacaq. Hər mərhələdə uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.

İlk qrup olaraq 70 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb.

İyulun 29-dan avqustun 3-dək şəhid övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcəklər. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər.

Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.